Elnarə Həsənova: Füzuli sakinlərinin otuzillik arzuları reallaşır
Bakı, 11 sentyabr, AZƏRTAC
Çox xoşbəxtik, sevincimizin həddi-hüdudu yoxdur. Çünki doğulduğumuz el-obamıza qayıdırıq. Bu gün Füzuli sakinlərinin otuzillik arzularının reallaşdığı gündür. Düzdür, yurd həsrəti ilə dünyadan köçən yaxınlarımız da oldu, amma bu gün onların ruhu şaddır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində işğaldan azad edilən Füzuliyə qayıdan keçmiş məcburi köçkün Elnarə Həsənova söyləyib.
O deyib: “Torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda çoxlu şəhidlər vermişik, sağlamlıqlarını itirənlər olub, onların haqqı ödənməz. Şəhidlərimizin, qazilərimizin sayəsində torpaqlarımızda azad və firavan yaşayacağıq”.
Elnarə Həsənova həm məcburi köçkünlük dövründə, həm də hazırkı vaxtda onlara yaradılan şəraitə görə Prezident İlham Əliyeva və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:26]
Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb
- 30.09.2026 [14:59]
Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır
- 30.09.2026 [14:11]
Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO
- 30.09.2026 [14:07]
ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb
- 30.09.2026 [13:44]
Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb
- 30.09.2026 [13:16]