Əlyazmalar İnstitutunda Nəsirəddin Tusinin əsərləri nəşr olunub
Bakı, 22 iyul, AZƏRTAC
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə Xacə Nəsirəddin Tusinin “Övsafül-əşraf” və “Bist bab dər elmi-üstürlab” əsərləri nəşr olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, kitaba böyük Azərbaycan alimi və mütəfəkkiri Xacə Nəsirəddin Tusinin “Övsafül-əşraf” (Şərafət sahiblərinin vəsfi) və “Bist bab dər elmi-üstürlab” (Üstürlab elmi haqqında iyirmi bab) adlı iki risaləsi Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Rauf Şeyxzamanlı tərəfindən fars dilinə tərcümə olunaraq daxil edilib. R.Şeyxzamanlı kitaba geniş “Ön söz” yazıb, şəkillər, qeyd və izahlar əlavə edib. İyirmi babdan ibarət “Bist bab dər elmi-üstürlab” risaləsi ilk dəfə, altı babdan ibarət “Övsafül-əşraf” risaləsi isə müəyyən düzəlişlərlə təkrar nəşr olunub.
Qeyd edək ki, yeni nəşrin elmi redaktorları institutun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri filologiya elmləri doktoru Nəsib Göyüşov və mərhum şərqşünas alim Müqəddəs Payızovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:16]
Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib
- 10.06.2026 [19:52]