EMAL MÜƏSSİSƏLƏRİNİN SAYI ARTIR
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, respublikamızda heyvandarlıq məhsullarının emalı ilə məşğul olan 50-dən çox özəl müəssisə fəaliyyət göstərir. Bakı şəhərindəki “Milk Pro Ltd” şirkəti beynəlxalq standartlara uyğun olan 18 adda məhsul emal edir. Şirkət Beynəlxalq Keyfiyyət Sertifikatına (İSO-999) layiq görülmüşdür. “Göyçay-süd” Açıq Səhmdar Cəmiyyətində quraşdırılmış “Tetra-Pak” avadanlığı emal olunan süd məhsullarını 6 aya qədər saxlamağa imkan verir. Burada hər gün 30 ton süd emal edilir. “Taymeks” süd məhsulları korporasiyası, “İsgəndər-qida”, “Əşrəfoğlu”, “Ovçular”, “Zəhmət-ruzi” və s. müəssisələr emal sahəsində mühüm rol oynayırlar.
Xatırladaq ki, hazırda Azərbaycanda istehsal edilən südün 13 faizi, ətin isə 5 faizi emal olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]