Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, abidənin önünə gül dəstələri düzülüb, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.