Emir Kusturitsa Lev Tolstoyun “Kazaklar” povestini ekranlaşdırır
Bakı, 4 aprel, AZƏRTAC
Məşhur serbiyalı rejissor Emir Kusturitsa Lev Tolstoyun “Kazaklar” povestini ekranlaşdırmağı planlaşdırır. Bu barədə o, Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bəhs edib.
AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, rejissor ideyasının üç filmin çəkilməsindən ibarət olduğunu əlavə edib.
“Birinci - “Yüngül gəzintilər mühəndisi” adlanır, bu, Dostoyevskinin müasir versiyasıdır. Sonra Qoqol – “İvan İvanoviç İvan Nikiforoviç ilə necə mübahisə edib”. Düşünürəm ki, indi bunu etmək çox vacibdir. Üçüncü film Lev Nikolayeviç Tolstoyun “Kazaklar” povesti əsasında olacaq”, – deyə o qeyd edib.
O, rus klassikası əsasında üç filmin, eləcə də Rusiya yazıçısı Yevgeni Vodolazkinin “Şöhrət” romanının çəkilişinin karyerasında sonuncu ola biləcəyini istisna etməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]