Əmlak Məsələləri Dövlət Komitəsi: Tarixi binanın sökülməsi nəzərdə tutulmur
Bakı, 13 mart, AZƏRTAC
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 117 ünvanında yerləşən, 1940-60-cı illərdə inşa edilmiş tarixi binanın sökülməsi nəzərdə tutulmur.
Əmlak Məsələləri Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, sosial şəbəkələrdə tarixi binanın sökülməsi ilə bağlı əsassız məlumat yayılıb. Sözügedən ünvanda yerləşən əmlak kompleksi komitənin İstehsalat və Xidmət Müəssisələri İdarəetmə Mərkəzinin balansındadır. Əmlak kompleksinin daşınmaz əmlakı bir ədəd 5 mərtəbəli, 4 ədəd birmərtəbəli tikililərdən ibarətdir. Hazırda bina və tikililər istifadəsizdir, binanın sökülməsi nəzərdə tutulmur.
Kütləvi informasiya vasitələrindən bu kimi məlumatları yalnız rəsmi mənbələrlə dəqiqləşdirdikdən sonra yayımlamaları xahiş olunur.