Energetika naziri Ağstafada vətəndaşlarla görüşüb


Bakı, 16 may, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov Ağstafada vətəndaşlarla görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Ağstafa rayon Heydər Əliyev Mərkəzində təşkil edilmiş görüşdə vətəndaşların elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma, qaz təchizatı, elektrik və qaz xətlərinin çəkilişi, elektrik xətlərinin istismar vəziyyəti, keyfiyyət göstəriciləri, qaz sayğaclarının dəyişdirilməsi, işlə təminat, təşəkkür və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüş zamanı Ağstafa rayonu ilə yanaşı Gəncə, Mingəçevir şəhərləri, Goranboy və Tovuz rayonlarından olan 30-dan çox vətəndaş iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.06.2025 [20:22]
Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib
- 21.06.2025 [19:40]
Naxçıvandan olan məktəbli beynəlxalq olimpiadada “Brilyant mükafat” qazanıb
- 21.06.2025 [16:55]
FHN-in Qarabağ Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi təşkil edib
- 21.06.2025 [16:38]
Ali Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib
- 21.06.2025 [14:08]