Energetika naziri Masallıda vətəndaşlarla görüşəcək
Bakı, 24 dekabr, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov yanvarın 23-də Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, vətəndaşlarla görüş saat 11:00-dan başlayaraq Masallı rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ4400, Masallı şəhəri, Qarabağ küçəsi 17) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin 974 – “Çağrı Mərkəzi”, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs: Xəyyam Aydınov; əlaqə telefonları: (+99425) 254-81-20, (050) 305-51-67, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]