Energetika nazirinin müavini Şərq Tərəfdaşlığı üzrə enerji nazirlərinin görüşündə iştirak edəcək
Bakı, 1 aprel, AZƏRTAC
Aprelin 2-də Rumıniyanın paytaxtı Buxarestdə Şərq Tərəfdaşlığı üzrə enerji nazirlərinin görüşü keçiriləcək. Rumıniyanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində təşkil ediləcək iclasda Azərbaycanı energetika nazirinin müavini Elnur Soltanov təmsil edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Şərq Tərəfdaşlığı Proqramının 10-cu ildönümü ilə əlaqədar energetika sahəsində gələcək əməkdaşlıq perspektivləri, Şərq Tərəfdaşlığı üzrə mayeləşdirilmiş təbii qaz (LNG) şəbəkəsi, enerji infrastrukturu - təbii qaz və elektrik enerjisi layihələri, enerji səmərəliliyi mövzularında müzakirələr aparılacaq, energetika sektorunda məqsəd və prioritetlər üzrə irəliləyişlər nəzərdən keçiriləcək.
Qeyd edək ki, Şərq Tərəfdaşlığı Proqramı 2009-cu ildən Avropa İttifaqı tərəfindən həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]