Entoni Coşua ilə Aleksandr Usik arasında keçiriləcək döyüşün rəsmi çarxı təqdim olunub
Bakı, 18 avqust, AZƏRTAC
Sentyabrın 25-də ağır çəkili boksçular arasında bir neçə versiya üzrə dünya çempionu titulunu daşıyan britaniyalı Entoni Coşua ilə ukraynalı Aleksandr Usik arasında döyüş keçiriləcək.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, həmin döyüşlə bağlı tanıtım videoçarxı artıq “Sky Sports” telekanalında nümayiş etdirilib. Qarşılaşma Londonun “Tottenhem Hotspur” klubunun stadionunda keçiriləcək.
Xatırladaq ki, Nigeriya əsilli Entoni Coşua peşəkar boksda 24 döyüş keçirib. Bu döyüşlərin yalnız birində məğlubiyyətlə üzləşən boksçu 21-i nokautla olmaqla 23 qələbəyə qazanıb.
Ağır çəkili boksçular arasında Olimpiya çempionu olan Aleksandr Usik isə keçirdiyi 18 görüşün hamısını qələbə, o cümlədən 13-nü nokautla başa vurub.