Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əqidəsindən, amalından dönməz insan, sədaqətli dost

Əqidəsindən, amalından dönməz insan, sədaqətli dost

Bakı, 24 fevral, AZƏRTAC

Adı kimi özü də ədalətli, hər zaman doğrunun yanında olan, səmimi insan, sədaqətli dost kimi tanıdığım Ədalət Abbasovun 50 yaşı haqladığını eşidəndə düzü buna inanmadım. Doğrudanmı, mənim tanıdığım və söz-söhbətini hər zaman eşitməyə can atdığım Ədalət 50 yaşına gəlib çatıb? Amma onunla ilk görüşümüzdən 22 il keçdiyini xatırlayanda təəccübüm ötüb keçdi. Zaman həqiqətən də yel qanadlı imiş və illərin necə gəlib keçdiyindən çox vaxt xəbərsiz oluruq.

Xatirələr çözələndikcə məndə artıq başqa bir təəccüb hissi yaranmağa başlayır. Azərbaycan Prezidentinin mətbuat katibi xidmətinin çəkiliş sektorunun müdiri Ədalət Abbasovla çox-çox illər əvvəl olmuş söhbətlərimizi xatırladım, o, diqqətimi həmişə dərin həyat müşahidələri, ən çətin məqamlarda düzgün qərar çıxarmaq məharəti ilə cəlb edirdi. Bir də duzlu-məzəli söz-söhbəti ilə. Əslində Ədalət yaşından çox-çox kamil insan təsiri bağışlayırdı və bu, hər kəsə nəsib olan məziyyətlər deyil. Bunun mayasında nəyin dayandığı da mənim üçün sirr deyil: doğulub boya-başa çatdığı oba, tərbiyə aldığı ailə, çalışdığı kollektiv və onu əhatə edən mühit.

Ədalət Abbasovla ilk görüşümüz indiki kimi yadımdadır. 1993-cü ilin ortaları idi. Azərbaycanda olduqca ağır və mürəkkəb bir vəziyyət yaranmışdı. Belə bir vaxtda xalqın çağırışı ilə iyunun 9-da Bakıya gələn ümummilli lider Heydər Əliyev iki gün sonra xarici ölkələrin səfirləri və iş adamları, respublikanın tanınmış ziyalıları ilə bir sıra görüşlər keçirdi. Mən Ədalət Abbasovla həmin gün bu görüşlərdə tanış oldum. Sonra bu görüşlər intensiv xarakter almağa başladı. Günlərin birində isə AZƏRTAC-ın və Azərbaycan Televiziyasının əməkdaşlarının bir qrupu Prezident sarayına çağırıldı. Bizi qəbul edən Prezident Heydər Əliyev dövlətin informasiya siyasətinin həyata keçirilməsində jurnalistlərin üzərinə düşən vəzifələrdən danışdı, tövsiyələrini, tapşırıqlarını verdi. Sonra Ulu Öndər Fransaya yaxın günlərdə gözlənilən səfəri barədə məlumat verdi və biz jurnalistlərə səfəri necə işıqlandırmaq lazım gəldiyini az qala detallarınadək izah etdi. Həmin görüşdə Prezidentin ilk rəsmi səfərini işıqlandıracaq jurnalist qrupunun tərkibi müəyyənləşdirildi. Mən AZƏRTAC-ın müxbiri, Ədalət Abbasov isə Prezidentin mətbuat xidmətinin çəkiliş qrupunun üzvü kimi bu tərkibə daxil edildik.

Bilmirəm taleyin xoşbəxtliyindən, yoxsa Tanrının mərhəmətindəndir ki, adətən səfərlərdə yol yoldaşlarım xeyirxah, nəcib insanlar olub. Mən mətbuat qrupunun tərkibində yer alan Fazil Hadıyevi, Rafiq Bağırovu, Elmira Axundovanı, Aynur Bəşirlini həmişə xoş duyğularla xatırlayıram. Amma onların sırasında Ədalət Abbasovun özünəməxsus yeri var. Onunla hər dəfə söhbət edəndə daxilən zənginləşir, yaxşılıq və mərhəmət aləminə bir addım da yaxınlaşırsan.

Deyirlər ki, insan yolda, səfərdə tanınır. Ədaləti də mən yolda, səfərdə daha yaxından tanıdım. Elə ilk yol yoldaşlığımızda onun vurğunu oldum. Xatirimdədir, 1993-cü il dekabrın 19-da Azərbaycan Prezidenti Heydər Əliyev Fransaya rəsmi səfərə yola düşdü və bizə dövlətimizin başçısını bu səfərdə müşayiət etmək nəsib oldu. Çox çətin, məsuliyyətli və eyni zamanda, şərəfli olan səfər müddətində Ədalət Abbasovu daha yaxından tanıdım və xarakterinə bələd oldum. Çox keçmədən aramızda səmimi, mehriban münasibətlər yarandı və bu münasibətlər tədricən dostluğa çevrildi.

Sonra 10 il ulu öndər Heydər Əliyevin xaricə və ölkənin regionlarına səfərləri, görüşləri, qəbulları zamanı Ədalətlə çiyin-çiyinə işlədik. Bu illər mənə Ədalət Abbasovu, necə deyərlər, “kəşf etmək” imkanı verdi. Tam səmimiyyətlə qeyd etmək istərdim ki, o, Prezidentin iştirakı ilə keçirilən tədbirləri işıqlandıran jurnalist qrupunun sükançısı idi. Onun böyük ürəyinin, səmimiyyətinin, insanlığının, yüksək bacarıq və qabiliyyətinin dəfələrlə şahidi olmuşam. O, ən çətin və mürəkkəb məqamlarda düzgün qərar qəbul etməyi bacarır. Ədalətin bu bacarığı, qabiliyyəti, insanlığı, zəhmətsevərliyi qəlbimdə ona dərin ehtiram hissi yaradıb. Ədaləti daha yaxından tanıdıqca əmin olmuşam ki, o, eyni zamanda, vətənpərvər, millətə və dövlətə olduqca sadiq insandır. Hər bir vətəndaş üçün zəruri saydığım keyfiyyətlərə daha bir ştrix əlavə etməyi lazım bilirəm: Ədalət Abbasov hər zaman öz yerini bilən və qarşısındakına dəyər verməyi bacaran insandır.

Ədalətin portret cizgilərinə daha nə əlavə etmək olar? O, təmkinli insandır. Öz davranışları ilə ətrafındakılara inam və qətiyyət hissləri aşılayır. Bir əhvalat heç zaman xatirimdən çıxmaz. 1995-ci ilin martında ulu öndər Heydər Əliyev Kopenhagendə BMT-nin sosial inkişaf məsələlərinə həsr olunmuş zirvə görüşündə iştirak edirdi. Bu zaman Azərbaycandan çox həyəcanlı xəbər gəldi: Bakıda dövlət çevrilişinə cəhd edilib. Dərhal Bakıya qayıtmaq komandası verildi. Hamımız təşviş içində idik. Bununla belə əmin idik ki, Ulu Öndər bütün çətinlikləri dəf edəcək. Ədalət Abbasov hamımıza ürək-dirək verirdi.

Ədalət indi də öz zəngin təcrübəsini Prezident İlham Əliyevin səfərlərini, görüş və qəbullarını işıqlandıran həmkarları ilə bölüşür, onlardan öz köməyini əsirgəmir.  O, səmimi olduğu qədər də həssas insandır. Həmkarım Dağbəyi İsmayılovun danışdığı bir epizodu xatırlayıram. O deyir ki, bir yazıda çətinliklə üzləşmişdik. Gec olsa da Ədalət Abbasova zəng vurdum, məsələ həll olundu. Nə vaxt çətinə düşsəm, onu axtarıram. Çünki Ədalət Abbasov çox səmimi insandır.

Ədaləti həmkarlarına sevdirən cəhətlərdən biri də səxavətli olmasıdır. Xarici səfərlər zamanı Prezidentin görüşləri o qədər sıx olur ki, bəzən yeməyə belə vaxt qalmır. Belə məqamlarda Ədalət Abbasov öz tikəsini bizimlə  səxavətlə bölüşərdi. Bu məqamda AZƏRTAC-ın redaksiya müdiri Elvin Mövsümovun söylədiyi belə bir əhvalat da yadıma düşür: Bu yaxınlarda Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunda iştirak edirdi. Forum çərçivəsində çoxlu görüşlər olduğundan nahar etməyə belə vaxtımız qalmırdı. İşin qızğın çağında bir də gördük ki, otağın qapısı açıldı, Ədalət müəllim içəri girdi. Bizə yemək gətirmişdi. Qarlı-şaxtalı bir gündə xeyli yol gəlmişdi. Bu qayğıkeşliyi Ədalət müəllimi gözümüzdə  bir daha ucaltdı.

Xarici ölkələrə səfərlərdə çox çətinliklər yaranır. Ədalət Abbasov belə məqamlarda jurnalistlərə həmişə dəstək olur.

Onun daha bir nadir keyfiyyəti komanda ilə işləmək bacarığıdır. Bəzən xarici ölkələrdə tədbirlər zamanı ya bilərəkdən, ya da protokol qaydalarının sərtliyindən jurnalistləri görüş yerinə buraxmaq istəmirlər. Belə məqamda Ədalət Abbasov köməyə çatır, qarşı tərəfi inandırır, mətbuat işçilərinin görüşdə iştirakına nail olur. Eyni zamanda, bir peşəkar kimi də jurnalistlərdən öz köməyini əsirgəmir.

Agentliyimizin redaksiya müdiri Cavid Bədəlov deyir ki, səfərlərin birində cənab Prezident müxtəlif yerlərdə bir-birinin ardınca görüşlər keçirməli oldu. Biz jurnalistlər çıxılmaz vəziyyətdə qalmışdıq: dörd görüş və cəmi iki jurnalist. Çıxış yolunu yenə Ədalət müəllim tapdı. İştirak edə bilmədiyimiz görüşlər barədə məsul şəxslərdən məlumat alıb bizə çatdırdı. Mən komanda ilə çalışmağın nə demək olduğunu onda gördüm.

Ədalət Abbasovun komanda ilə işləmək bacarığına dair qeydlərimə AZƏRTAC-ın gənc jurnalisti Əsəd Məmmədovun dediklərini də əlavə etmək istəyirəm. O deyir ki, məni Prezidentin fəaliyyətini işıqlandıran qrupa daxil edəndə təcrübəli həmkarlarım xeyli məsləhət verdilər. Ancaq daxilən narahat idim, bilirdim ki, üzərimə çox böyük məsuliyyət düşür. İlk tədbirə bu tərəddüdlərlə getdim. Sanki Ədalət müəllim həyəcanımı hiss etmişdi, məni yanına çağırdı, ürək-dirək verdi, görəcəyim işləri izah etdi. Sonrakı tədbirlərdə də Ədalət müəllimin diqqət və qayğısını hiss etdim. Beləliklə, mən komandada öz yerimi tapdım.

Sonda bir inamımı oxucu ilə bölüşmək istərdim: Köksündə Azərbaycan sevgisi, mənsub olduğu millətə tükənməz məhəbbətlə dolu ürək çırpınan Ədalət Abbasov daha neçə-neçə illəri arxada qoyacaq. Heç bir qüvvə onu öz mövqeyindən və amalından çəkindirə bilməyəcək. Ulu öndər Heydər Əliyevin idarəçilik məktəbindən dərs almış insanlardan biri olan Ədalət Abbasov öz ideallarından heç vaxt dönməyəcək, dövlətə, dövlətçiliyə, Prezidentə daim sədaqətlə xidmət edəcək.

Aslan Aslanov

AZƏRTAC-ın Baş direktoru 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir

Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

“Mançester Siti” 19 yaşlı mərakeşli futbolçunu 100 milyon avroya transfer edib

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

® İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır

Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır

Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı tarixi uğur münasibətilə təbrik edib

Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Nigar Axundova: Sürəyya Ağaoğlu öz dövrünün görkəmli qadını olub və bu gün də belə olaraq qalır - MÜSAHİBƏ

Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir

Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Almaniyanın Maqdeburq şəhərində miqrant sahibkarlar irqçiliyə etiraz olaraq mağazalarını bağlayıblar

Bəyimxanım Vəliyeva: Azərbaycan muğamı ölkəmizi beynəlxalq aləmdə tanıdan ən qiymətli sənət incilərindəndir

Süni intellekt Azərbaycan bizneslərinin xarici bazarlara çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər - ŞƏRH

AMADA-nın icraçı direktoru: Təmiz idman sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığının əhəmiyyəti yaxın illərdə daha da artacaq

“Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

Fransa maliyyə böhranı riski ilə üz-üzədir: bu təhlükə hər gün artır

Qaraçöpdən Avropaya uzanan uğur yolu: Zülfüqar Xubanov

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Yerli turizm sənayesi nümayəndələri Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfəri ediblər

Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq – PROQNOZ

Qayıdan xatirələr... VİDEO

Qayıdan xatirələr... VİDEO

İngiltərənin nağılvari kəndləri: Kotsvoldsa səyahət - REPORTAJ

ABŞ Cənubi Koreya və Yaponiya ilə birgə hərbi təlimlərə hazırlaşır

Özbəkistan tək səyahət etmək üçün ən yaxşı 5 ölkə sırasına daxil olub

Qurban Qurbanov: Rəqiblər artıq Azərbaycan klublarından çəkinməyə başlayırlar VİDEO

Qurban Qurbanov: Rəqiblər artıq Azərbaycan klublarından çəkinməyə başlayırlar VİDEO

MDU-da müəllim olmaq arzusu ilə yüksək bal toplayan tələbə ilə görüş olub

Türkiyədəki Side antik şəhərində 390 metrlik qədim küçə üzə çıxarılıb

Fransada yarım ildə 33 mindən çox sahibkar fəaliyyətini itirib

Çin xaricdə qanun pozuntusuna yol vermiş vətəndaşların ölkədən çıxış qaydalarını sərtləşdirəcək

Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO

Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO

“Sabah”ın polşalı futbolçusu: Mikelsin qolundan sonra dəli kimi ağlamağa başladım

Pakistan səfiri: Yaxın zamanda Azərbaycanla enerji sektorunda əməkdaşlığın inkişafı ilə bağlı xoş xəbərlər eşidəcəyik

Laçın bu gün Azərbaycanın yeni inkişaf salnaməsinin parlaq səhifələrindən birinə çevrilib ŞƏRH