Ergün Atalay: Azərbaycanın və Türkiyənin həmkarlar ittifaqları arasında memorandum imzalanacaq
Bakı, 28 iyul, AZƏRTAC
Türkiyə və Azərbaycanın niyyəti bölgədə sülh və sabitliyi təmin etmək, region ölkələri arasında əlaqələri, xüsusilə iqtisadi əməkdaşlığı dərinləşdirməkdir.
Zəngəzur dəhlizinin açılması bütün region dövlətləri üçün faydalı olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Türk-İş" Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ergün Atalay iyulun 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birgə keçirilən iclasda deyib.
Kahramanmaraşda baş verən zəlzələdən sonra Azərbaycanın maddi və mənəvi dəstəyini xüsusi qeyd edən E.Atalay Heydər Əliyev Fonduna və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına təşəkkürünü bildirib.
“Türk-İş" Həmkarlar İttifaqları Konfederasiyasının sədri bu gün Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında memorandumun imzalanacağını da diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub
- 29.09.2026 [17:08]
Azyaşlılar təhlükəsiz davranış qaydaları barədə maarifləndirilirlər
- 29.09.2026 [17:08]