Azərbaycan Dövlət İnformasiya Agentliyi

Erməni tarixi belə saxtalaşdırılır və qədimləşdirilir, hər sahədə “birincilik” belə qamarlanır

Erməni tarixi belə saxtalaşdırılır və qədimləşdirilir, hər sahədə “birincilik” belə qamarlanır

Bakı, 7 oktyabr (AZƏRTAC). ABŞ-ın Merilend ştatının qubernatoru Martin O'Melley Ermənistanın “müstəqilliyi” - əslində İrəvan vilayətinin qubernatorunun səyləri ilə lap bu yaxınlarda gözümüzün qarşısında rüsvaycasına tarixə çevrilmiş bir “müstəqillik” münasibətilə sentyabrın 30-da təbrik proklamasiyası imzalamışdır. Hamıya məlumdur ki, dövlətin müstəqilliyinin əsas elementlərindən və rəmzlərindən biri gömrük, habelə dövlət sərhədlərinin mühafizəsidir. Ermənistan öz sərhədlərini müstəqil mühafizə etmək iqtidarında olmadığı üçün bu funksiyadan imtina etmişdir. “Ermənistan gömrüyü” də bundan sonra təbəssümlə xatırlanacaqdır. Artıq keçmiş Ermənistan dövlətinin vahid rubl zonasına qoşulmasının mümkünlüyü barədə söhbətlər gedir ki, bu da təəccüblü deyildir.

Bununla belə, Ermənistanın “müstəqilliyi” Merilend ştatının sadəlövh qubernatorunun gözünə ABŞ-ın hay diasporunun kül üfürdüyü yeganə yalan deyildir. Proklamasiyanın artıq ikinci sətrində deyilir ki, Ermənistan guya 301-ci ildə xristianlığı qəbul etmiş ilk millətdir. Məlum olduğu kimi, 301-ci ildə müstəqil Ermənistan mövcud deyildi. Bura Parfiyadan vassal asılılığında olan ərazi idi və başında Parfiya Arşakilər sülaləsindən olan çar III Tiridat dayanmışdı. Edessa çarı VIII Abqar arameydilli Osroyenada (Edessa) dövlət dini kimi xristianlığı parfiyalı III Tiridatdan xeyli əvvəl qəbul etmişdi. Bu, III əsrin lap əvvəllərində, yəni III Tiridatın “Ermənistan” coğrafi adı ilə ona etibar edilmiş vassal əyalətə 301-ci ildə xristianlığı qəbul etdirməsindən, demək olar, yüz il tez baş vermişdir. Xristianlıq Edessadan sonra, Ermənistandan isə əvvəl Eritreya, Efiopiya, Qafqaz Albaniyası (Azərbaycan) və İberiyada (Gürcüstan) da rəsmi din kimi qəbul edilmişdir. Odur ki, ermənilər dünyanın başını piyləmək əvəzinə, yaxşı olar, başlarını aşağı salıb növbəyə dayansınlar və ən yaxşı halda altıncı olsunlar.

Qubernator Martin O'Melleyin uğursuz proklamasiyasının dördüncü sətrində deyilir ki, bütün respublikalar arasında SSRİ-dən müstəqilliyini guya ilk dəfə 1991-ci il sentyabrın 21-də Ermənistan elan etmişdir. Əvvələn, madam ki, söhbət respublikalardan düşdü, onda birinci Naxçıvan ASSR olmuşdur. O, 1990-cı ilin qanlı 20 Yanvar faciəsindən dərhal sonra SSRİ-nin tərkibindən çıxdığını elan etmişdir.

İkincisi, 1990-cı il martın 11-də Litva SSR Ali Soveti dövlət müstəqilliyinin bərpa edilməsi barədə qanunvericilik aktı qəbul etmişdir. Elə həmin il mayın 4-də Latviya SSR Ali Sovetinin üzvləri analoji Bəyannamə qəbul etmişlər, 1988-ci il noyabrın 16-da Estoniya SSR-in suverenliyi haqqında bəyannamə qəbul olunduqdan sonra bu istiqamətdə irəliləyən estoniyalı həmkarlar isə 1991-ci il avqustun 20-də müstəqil olduqlarını təsdiq etmişlər. Moldova SSR Ali Soveti 1991-ci il avqustun 27-də, Azərbaycan SSR-in parlamenti isə avqustun 30-da suverenlik haqqında Bəyannamə qəbul etmişlər.

Üçüncüsü, erməni lobbiçiləri o dərəcədə savadsızdırlar ki, öz tarixlərini də bilmirlər. 1991-ci il sentyabrın 21-i müstəqillik tarixi deyildir, referendumun keçiridiyi gündür. Ermənistanın müstəqilliyi referendumdan iki gün sonra, sentyabrın 23-də elan edilmişdir. Ermənistan SSR Ali Soveti müstəqillik bəyannaməsini isə hələ 1990-cı il avqustun 23-də qəbul etmişdir. Buna baxmayaraq, bu işdə də ermənilərə birincilik düşmür.

Kiçik bir sənəddə bu qədər xəta! Axı, vaxt gələcək, “bitərəf mənbə” kimi buna istinad edəcəklər. Hazırda Amerika səfiri Henri Morgentaunun qələmindən çıxmış “bitərəf mənbələrə” istinad etdikləri kimi. Səfirin köməkçisi isə məhz “Tələt paşa teleqramları” adlı məşhur saxta sənədlərin müəllifi Aqop Andonyandır.

Ermənistanda tarix elmi bax belə zorakılığa məruz qalır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib