Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənilərin törətdiyi Şirazlı faciəsi - yaddaşa yazılan acı xatirələr

Ermənilərin törətdiyi Şirazlı faciəsi - yaddaşa yazılan acı xatirələr

Gəncə, 30 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Ötən əsrdə ermənilər azərbaycanlıları əzəli torpaqlarından, Qərbi Azərbaycandan qovub çıxarıblar. Soydaşlarımıza qarşı həyata keçirilən etnik təmizləmə, zorakı deportasiyalar onların öz yurdlarından məhrum olması ilə nəticələnib. Vedibasar mahalının Vedi rayonundakı Şirazlı kəndinin sakinləri də ermənilərin məkrli, məqsədli təzyiqləri, zülmü ilə üzləşən Qərbi azərbaycanlılardandır.

1966-cı ildə həmin kənddə dünyaya göz açan Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin üzvü, şairə Səlbinaz Baxşəliyeva AZƏRTAC-ın bölgə müxbirinə ailəsinin, qohumlarının, həmkəndlilərinin taleyinə yazılan acı günlərdən bəhs edib. Deyir ki, ailədə 7 uşaq olublar, atası kolxozda işləyib. Onun ailəsi də öz yurdunu ermənilərin təzyiqi nəticəsində tərk etməli olub. Kənddə əsasən azərbaycanlılar yaşayıb, buraya sonradan gələn, sayı daha az olan erməni ailələr isə onlara qaynayıb-qarışmayıb.

Erməni xisləti hər yerdə, hər zaman özünü büruzə verib. “Vedibasar mahalının aran hissəsində yerləşən kənd mənzərəli idi. Azərbaycanlı əhali bir-biri ilə mehriban yaşayırdı, adət-ənənələrə bağlı idilər. Ədəb-ərkan, böyüyə-kiçiyə hörmət var idi, qonağa böyük sevgi ilə yanaşılardı. İnsanlar öz zəhmətləri ilə dolanıb, əldə etdikləri nemətləri bir-biri ilə bölüşərdilər. Ermənilər isə azərbaycanlılara həmişə nifrət bəsləyir, qibtə edərdilər. Bunu hər fürsətdə göstərirdilər”, - deyən həmsöhbətimin sözlərinə görə, ötən əsrin 80-ci illərində bütün vəzifələrə ermənilər gətirilib. Azərbaycanlıların təhsil və işlə təminatına maneələr yaradılıb. “Analar uşaqlarını bağçaya aparanda yer olmadığını bəhanə gətirib, geri qaytarırdılar, ancaq erməni ailələrin uşaqlarını götürürdülər. İş yerləri də ancaq ermənilər üçün əlçatan idi. Hansısa idarəyə sənəd üçün üz tutanda get-gələ salırdılar. Mağazada erməni satıcılar yalandan istənilən məhsulun olmadığını deyirdilər. İnsanları belə ayrı-seçkiliklə bezdirib, yerindən-yuvasından didərgin salmaq istəyirdilər”, - deyə Səlbinaz Baxşəliyeva bildirir.

Şirazlı kəndində Sovet hakimiyyətinin ilk illərindən etibarən yeddiillik məktəb fəaliyyət göstərib. 1947-1948-ci illərdə bu təhsil ocağı beynəlmiləl orta məktəbə çevrilib, 1980-ci illərin əvvəllərindən isə təhsil müəssisəsi azərbaycanlı və erməni orta məktəblərinə ayrılıb. “Kənddəki məktəb böyük şair İmadəddin Nəsiminin adını daşıyırdı. Bu, erməniləri qıcıqlandırırdı, onlar etiraz edib, başqa binada təhsil almaq istədiklərini bildirirdilər. Nəticədə vəzifədəki havadarlarının dəstəyi ilə ermənilər üçün ayrı məktəb tikildi. Ermənilər bir çəpərin ayırdığı məktəblərinin həyətindən azərbaycanlı oğlan şagirdlərə “Siz türksünüz, ermənilərin düşmənisiniz”,- deyib davaya təhrik edirdilər. Sonunda istəklərinə nail olurdular, ancaq çox vaxt döyülən özləri olurdu”, - deyə o həmin günləri yada salır.

1987-ci ilin noyabrında ermənilərin Qafan şəhəri və onun ətrafında yaşayan azərbaycanlılara qarşı başlamış etnik təmizləmə kampaniyası sonuncu böyük deportasiya dalğasının başlanğıcı oldu. Qafan hadisələri digər bölgələrə də yayılır və nəticədə həmin yerlərdə də azərbaycanlılar öz torpaqlarından çıxmalı olurlar. Həmsöhbətim ermənilərin öz mənfur niyyətlərini planlı şəkildə həyata keçirdiklərinə dair faktları belə xatırlayır: “Deportasiyadan bir neçə ay əvvəl ermənilər dəstə-dəstə gələrək, kənddə yaşayan Simon adlı daşnağın evinə yığılırdılar, azərbaycanlılar isə heç nədən şübhələnmirdilər. Qohumumuz yeni ev tikdirirdi. Erməni qadınlar ona “Tikin və təməlini də möhkəm qoyun, gün gələcək bu evlərdə biz yaşayacağıq, bəzilərində də donuz saxlayacağıq” demişdilər. Uşaqlarımızı oğurlamağa cəhd göstərirdilər. Kənd sakini Yusif kişini motosikletlə gələndə su kanalına salmışdılar. Şidli kəndində azərbaycanlı milis mayorunu ölümcül döymüşdülər”.

1988-ci il mayın 8-də ermənilər Bakı-İrəvan qatarını saxlayıb, basqın edirlər, vaqon bələdçilərini, azərbaycanlı sərnişinləri döyüb, təhqir etməkdən çəkinmirlər. Mayın 10-da da davam edən gərginlik ayın 11-də vandal ermənilərin Şirazlı kəndinə hücumu ilə nəticələnir. Kənddə azərbaycanlılara məxsus 64 ev tamamilə dağıdılır, 8 ev yandırılır, 330 ailənin əmlakı məhv edilir, 80-dən çox insan döyülür. “Maşınlarla iri daşlar gətirib, evləri daşlayırdılar. Tikililərin qapıları, pəncərələri, darvazaları yararsız hala düşmüşdü. Apara bildiklərini aparır, yerdə qalanını sındırır və ya yandırırdılar. Qonşuluqda rəhmətlik İslam müəllim var idi, milis işçisi idi, mənfurlar onun nüfuzundan çəkinirdilər deyə, bizim evlərə daxil ola bilməmişdilər. Yanan evlərdən ikisi qohumlarımın idi. 80 yaşlı Ağbal ağa evində oturduğu yerdə sinəsindən daş parçası ilə vurulduğu üçün dünyasını dəyişmişdi”, - deyən Səlbinaz Baxşəliyeva qəhərlənir. Onun sözlərinə görə, həmin ərəfədə qadınlar, uşaqlar, qocalar gizlənməyə məcbur olublar. Ermənilərin vandallığına dözməyən kişilər isə onlarla əlbəyaxa olmaqdan çəkinməyiblər. Şirazlı kəndinin azərbaycanlı əhalisinin çətin və məşəqqətli günləri bu hadisələrdən sonra da davam edib.

“Əslən vedili olan görkəmli yazıçı Fərman Kərimzadə kəndə gələrək bizə isti geyimlər paylamışdı. Halımıza baxıb, hönkür-hönkür ağlamışdı. Ermənilərin təzyiqlərinə, həyatımızın təhlükədə olmasına dözə bilməyib, əli yalın halda Şidliyə üz tutduq. Bu kəndə soyuq havada, üzüm bağlarının içi ilə, suyun içərisində piyada gedirdik. Orada da zirzəmilərdə gizlənirdik. Sonra üç ay Araz çayı sahilində çadırlarda yaşamalı olduq, nəhayət Azərbaycana keçdik”, - deyən Səlbinaz Baxşəliyeva bildirir ki, haqqın, ədalətin əvvəl-axır öz yerini tapacağına inanır. Qərbi Azərbaycandan didərgin salınmış azərbaycanlıların doğma yurda qayıdışı dövlətimizin əsas hədəflərindən biridir. O gün də gec-tez mütləq reallığa çevriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər

Xəzərin iki sahilindən formalaşan yeni siyasi xətt: Azərbaycan və Mərkəzi Asiya

Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı baş tutub

Azərbaycanlı professor “Çingiz Aytmatov” medalına layiq görülüb