Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənilərin xam xəyalları və ya Ermənistanın uğursuzluqlarının təqsirkarı kimdir?

Bakı, 2 may (AZƏRTAC). “Azərbaycan Ermənistanda yaranmış daxili siyasi vəziyyətin gərgin olmasından istifadə etməyə və Ermənistan əhalisi arasında vahimə yaymağa çalışır”.

Qarabağ müharibəsinin “veteranı” kimi qələmə verilən Manvel Yegiazaryan bu fikri yaxın vaxtlarda Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan ordusunun zabitinin həlak olması ilə əlaqədar “Armtoday” saytına verdiyi müsahibədə söyləmişdir.

Beləsinə nə deyəsən? Son illərdə Ermənistanda vəziyyət həqiqətən gərgindir. Bu, ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşması ilə əlaqədardır. Lakin əgər Azərbaycan separatçılar tərəfindən onun öz ərazisində qoşunların təmas xəttində açılan atəşləri cavab atəşi ilə susdurursa, bunun Ermənistan əhalisi arasında necə “vahimə yaya biləcəyini” başa düşmək olmur. Aydındır ki, məntiqə və sağlam düşüncəyə zidd olan bu cür iddialar erməni ictimaiyyətinin diqqətini ölkədə keçiriləcək parlament seçkilərində irimiqyaslı saxtalaşdırmağa hazırlıqdan yayındırmaq üçün lazımdır.

Lakin Yegiazaryanın bəyanatında bir məqam da diqqəti cəlb edir. O, son vaxtlar Ermənistanın Azərbaycandan xeyli geri qalmasını etiraf edir. O, şikayətlənərək deyir: “Onlar görürlər ki, ölkəmiz beynəlxalq aləmdə öz mövqelərini itirir, biz daxildən zəifləyirik”. Bu etiraf, əlbəttə, diqqətəlayiqdir, lakin Yegiazaryan kimilər heç cür görmək istəmirlər ki, bu vəziyyətin təqsirkarları yalnız Ermənistanın hakim dairələri ola bilər. Doğrudan da, axı bu dövləti idarə edən Azərbaycan deyil, ermənilərin özləridir. Ermənistanın qeyri-konstruktiv və təcavüzkar siyasəti onun özünü çıxılmaz vəziyyətə salmışdır, lakin bu fakt onların məddahlarının Ermənistanın düşdüyü bəlalara görə başqalarını günahlandırmasına mane olmur.

Bununla bərabər, Ermənistanda hələ sağlam düşüncəli insanlar vardır, onlar görürlər ki, Ermənistanın üzləşdiyi bəlaların səbəbləri öz hakim dairələrinin fəaliyyət qabiliyyətli olmamasıdır. Məsələn, iqtisadçı Qrant Baqratyan Ermənistan Prezidenti Serj Sarkisyana açıq məktubunda (həmin məktubun mətni “Armtoday” saytında dərc edilmişdir) yazır ki, son 5 ildə ölkə iqtisadi yoxsulluq indeksinə görə 32-ci yerdən 43-cü yerə düşmüşdür. Erməni eksperti qeyd edir ki, ölkədə təbii qaz istehlakçılara süni şəkildə artırılmış qiymətə satılır. Belə ki, Ermənistan qazın 1000 kubmetrini Rusiyadan 180 dollara aldığı halda öz əhalisinə 450 dollara satır. Q.Baqratyan yazır ki, S.Sarkisyanın son 5 ildə dövlət büdcəsinin 13,8 faiz artırılmasını böyük bir uğur kimi təqdim edərək lovğalanması ayıbdır. Konkret rəqəmlərlə təsdiqlənən vəziyyətin ağırlığını başa düşən Q.Baqratyan Sarkisyanın gətirdiyi rəqəmlərə istehza edərək yazır: “Bu halda son 5 ildə Azərbaycan büdcəsinin 2,5 dəfə, Gürcüstan büdcəsinin (dollar ifadəsində) iki dəfədən çox, dünya iqtisadiyyatının 1,4 dəfə artması boş şeydir”.

Ermənistan mətbuatı bizi antierməni təbliğatında təqsirləndirmək üçün hər dəfə Azərbaycanın hərəkətlərində irad tutmağa bir məqam axtarır. Məsələn, Azərbaycan Dövlət Neft Şirkətinin bu yaxınlarda “Aqon” şirkəti ilə imzaladığı sazişin şərtlərinə görə, ölkəmiz iri şahmat turnirlərini maliyyələşdirəcəkdir. Bu məsələ erməni təbliğat və təşviqat nümayəndələrini çox əsəbiləşdirir. Bundan əlavə, həmin sazişə görə, gələcəkdə idmanın bu növü üzrə dünya birinciliklərinin Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Erməni mətbuatı isə bunu Ermənistana qarşı yönəlmiş addım hesab edir. Panorama.am saytı bu günlərdə Ermənistan Şahmat Federasiyasının vitse-prezidenti Smbat Lputyan ilə müsahibədə bu faktı Ermənistan üçün problem kimi qələmə verməyə çalışmışdır. Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinovun fikrincə, Azərbaycan şahmatın nazirliklər səviyyəsində deyil, prezident səviyyəsində inkişaf etdiyi yeganə ölkədir. Saytın jurnalisti vitse-prezidentin bu barədə fikrini soruşmuş və S.Lputyan belə cavab vermişdir: “İlk növbədə deməliyəm ki, Azərbaycan həqiqətən uzun illər boyu şahmatın inkişafı üzrə ardıcıl iş aparır və məhz bunun sayəsində bu gün onun yüksək səviyyəli üç şahmatçısı vardır. Bizim qonşu ölkə şahmata kifayət qədər sanballı sərmayə qoyur, idmanın bu növünün fəal inkişafını dəstəkləməyə çalışır, bu da öz növbəsində, 1980-ci illərdə Kasparov Bakıda yaşayanda və dünya çempionu olanda olduğu kimi, bu gün isə Rəcəbov, Məmmədyarov, Həşimov kimi şahmatçılar ölkənin tanınmasına kömək edir”.

Erməni təbliğatçıları heç cür başa düşə bilmirlər ki, Azərbaycanın siyasi, iqtisadi, sosial və digər fəaliyyəti yalnız onun inkişafına və möhkəmlənməsinə yönəlmişdir. Lakin əgər Ermənistanın hakim dairələri özlərinin perspektivsiz siyasəti ucbatından öz cəmiyyətlərini böhrana aparırsa, buna görə Azərbaycan heç cür təqsirkar ola bilməz. Ermənistan ictimaiyyətinin nümayəndələrinin bunu başa düşməsinin vaxtı çatmışdır. Onlar erməni dövlətinin səhvlərini Azərbaycanın ayağına yazmaqla öz vətəndaşlarını daim çaşdıra bilməyəcəklər. Məlum aforizmdə deyildiyi kimi, şirin xəyallarla yaşamağın düşər-düşməzi olar.

Elşən Şahbalayev

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

Henri B. Kaqan və Kenso Soai kimya üzrə Nobel mükafatı aldılar

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT-in nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib