ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİ İLƏ BAĞLI DAHA BİR FİLM ÇƏKİLƏCƏK
C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasında “Girov” bədii filminin çəkilişi ilə bağlı hazırlıq işləri davam edir. Vətənpərvərlik ruhunda ekranlaşdırılacaq əsərin mövzusunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və gənclərimizin könüllül olaraq öz doğma torpaqlarının müdafiəsinə qalxması təşkil edir. Filmin ssenari müəllifləri xalq artisti Eldar Quliyev və Natiq Rəsulzadədir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, hazırda aktyorların seçilməsi üçün sınaq çəkilişləri aparılır. Bundan başqa, pavilyonların qurulması, məkan və yerlərin seçilməsi, geyimlərin, rekvizitlərin, rəssam eskizlərinin hazırlanması işi davam etdirilir.
Hazırlıq işlərinin iyunun sonunadək başa çatdırılması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:18]
Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur
- 02.10.2026 [17:59]
“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan
- 02.10.2026 [17:25]