ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİNİN HƏLLİ TÜRKİYƏ ÜÇÜN ÖNƏMLİDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin xarici işlər naziri Əli Babacan Cənubi Qafqazda vəziyyət və Türkiyə-Ermənistan münasibətləri ilə bağlı jurnalistlərin suallarını cavablandırmışdır.
Yerevanla danışıqların Türkiyə Prezidenti Abdullah Gülün səfərindən əvvəl də aparıldığını diqqətə çatdıran nazir demişdir ki, Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyan görüşlərdə ermənilərin Dağlıq Qarabağ problemini həll etmək istədiklərini bildirmişlər. Əlavə etmişdir ki, Rusiya ilə Gürcüstan arasında baş verən gərginlik “dondurulmuş” münaqişələrin nə qədər təhlükəli olduğunu bir daha göstərmişdir. Türkiyə bu hadisələr zamanı Azərbaycanın enerji layihələrinin zərər görməsindən ehtiyat etmişdir.
Əli Babacan daha sonra qeyd etmişdir ki, Ermənistanda ərzaq və enerji qıtlığı mövcuddur. Türkiyə bu çətinliklərin aradan qaldırılmasına yardım edəcək bir atmosferin yaradılması üçün səylər göstərmişdir. Ermənistan-Azərbaycan münaqişəsinin həllinin Ankara ilə Yerevan arasında münasibətərin normallaşmasına töhfə ola biləcəyini də söyləyən Əli Babacan, ABŞ-ın dövlət katibi Kondoliza Raysın da Türkiyənin bu istiqamətdə səylərini dəstəklədiyini bildirmişdir.
Nazir əlavə etmişdir ki, Rusiya ilə Gürcüstan arasında münaqişə Avropa İttifaqını yeni enerji mənbələri məsələsində daha sürətli hərəkət etməyə vadar etmişdir. Bu baxımdan Nabukko layihəsinin əhəmiyyəti bir daha gündəmə gəlmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]