ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ ATƏŞKƏS REJİMİNİ POZMUŞLAR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 30-da saat 13.30-dan 13.45-dək Tərtər rayonunun Həsənqaya kəndinin 2,5 kilometr şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini, iyulun 31-də saat 01.50-dən 02.30-dək Tərtər rayonunun işğal olunmuş Çiləbürt kəndinin 3,5 kilometr cənub-şərqində yerləşən mövqelərindən milli ordumuzun üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:15]
Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
- 15.10.2026 [12:44]
Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib
- 15.10.2026 [12:17]