Ermənistanda koronavirusa yoluxanların sayı 52 mini keçib
Tbilisi, 4 oktyabr, AZƏRTAC
Ermənistanda koronavirusa yoluxma kütləvi hal alıb. Təkcə son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 571 yoluxma faktı qeydə alınıb, 5 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.
Bildirilir ki, Ermənistanda indiyədək COVID-19-a yoluxanların ümumi sayı 52 min 496-ya yüksəlib. Ermənistanda koronavirusdan ölənlərin sayı 977 nəfərdir. Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı isə 302 nəfərdir.
Hazırda Ermənistanda 6545 aktiv koronavirus xəstəsinin olduğu bildirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:16]
ABŞ rəsmiləri və İran nümayəndə heyəti arasında görüş olub
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]