Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanda qələbə xəyalı ilə məst idilər, Azərbaycanda isə Qarabağa qayıtmaq milli ideyaya çevrilmişdi

Ermənistanda qələbə xəyalı ilə məst idilər, Azərbaycanda isə Qarabağa qayıtmaq milli ideyaya çevrilmişdi

Rusiyanın “Arqumentı i faktı” qəzeti İrəvandan reportaj dərc edib

Moskva, 13 mart, AZƏRTAC

Tam hərc-mərclik idi. Mən vuruşmağa macal tapmadım. Cəbhəyə gəldim, iki gündən sonra postda oturub konyak içirdik. Birdən yüngül bir cırıltı səsi eşidildi və özümə gələndə artıq hospitalda idim - məni Türkiyə istehsalı olan pilotsuz uçuş aparatı ilə vurmuşdular. İki dostum tikə-tikə olmuşdu, mən isə möcüzə nəticəsində sağ qalmışam.

AZƏRTAC xəbər verir ki, Ermənistan ordusunun könüllüsü, pilotsuz uçuş aparatı ilə vurulduqdan sonra iki barmağını itirmiş Armen Mnatsakanyan İkinci Qarabağ müharibəsində keçdiyi döyüş yolunu Rusiyada çıxan “Arqumentı i faktı” qəzetinin şərhçisi Georgi Zotova belə təsvir edib.

Ermənistana ezamiyyətdən qayıdandan sonra G.Zotov yazır ki, İrəvanda tez-tez gözə dəyən avtomobillərin arxa şüşəsinə hərbi geyimli bir gəncin böyük ölçülü ağ-qara fotoşəkli yapışdırılıb. Bu, Dağlıq Qarabağ uğrunda Azərbaycanla 44 günlük müharibədə həlak olmuş bir ata, qardaş, ər və ya oğuldur. Rəsmi məlumata görə, həmin müharibədə öldürülmüş erməni əsgərlərinin sayı təqribən 4000 nəfər, qeyri-rəsmi məlumata görə isə 7000 nəfərə yaxındır. Jurnalist hesab edir ki, əhalisinin sayı 3 milyondan az olan bir ölkə üçün bu, dəhşətli itki deməkdir.

Məqalə müəllifinin fikrincə, sonuncu Qarabağ müharibəsi inandırıcı şəkildə göstərdi ki, silahlı münaqişədə qalib gəlmək üçün təkcə cəsurluq kifayət deyil. Bunun üçün düşmənin imkanlarını obyektiv qiymətləndirmək, çox ciddi intizam və müasir texniki təchizat lazımdır. Yüzlərlə tankı və gənc əsgəri “Ura!” sədaları altında meydana çıxarmaq sisteminin vaxtı keçib.

Ermənistan ordusunun keçmiş kapitanı Suren Ter-Qukasyan rusiyalı jurnalistlə söhbətində köksünü ötürərək deyib: “Azərbaycan 1994-cü ildən bəri ardıcıl olaraq silahlanırdı. Təkcə son 9 ildə Azərbaycan müdafiə məqsədləri üçün 24 milyard dollar sərf edib, ölkənin hərbi xərcləri büdcənin 11 faizinə bərabər olub. Azərbaycan Ordusu Rusiyadan ən yeni helikopterlər, zirehli transportyorlar, “Kornet-E” tank əleyhinə komplekslər, “C-300” hava hücumundan müdafiə sistemləri, Türkiyə və İsraildən çox böyük yüksəklikdən zərbə endirməyə imkan verən pilotsuz uçuş aparatları alıb. Bu ordu Türkiyənin, İsrailin və Amerikanın ən yaxşı hərbi təlimatçılarının rəhbərliyi ilə məşq keçib. Ermənistanın nə nefti var, nə də bu qədər pulu. Ona görə də Ermənistan ordusu üçün cəmi 4 milyard dollar ayrılıb. Əlbəttə, onlar da müxtəlif silahlar, az miqdarda “İsgəndər” raketləri, Serbiya istehsalı olan minaatanlar alıblar. Biz axmaqlıq etdik. Ermənistan cəmiyyətində əsassız lovğalıq, təkəbbür hissləri üstünlük təşkil edirdi. Əvvəlki müharibədə Azərbaycan döyüşçülərini sürətlə darmadağın etməyimiz, onların qaçmağa məcbur olması bizdə eyforiya yaratmışdı. Onları məsxərəyə qoyaraq deyirdilər: “Məgər azərbaycanlılar vuruşmağı bacarır? İrəli gəlsələr, biz Bakıya qədər gedəcəyik!”. Sözün qısası, bu məsxərələr bizə çox baha başa gəldi”.

“Tanklar faydasız idi”

Georgi Zotov yazır: “Qarabağda cəbhə xəttində qarşıdurma 26 il davam edib. Hər gün atışmalar olur, snayperlərin “duelləri” gedirdi. Yəni arxayınlaşmaq üçün əsas yox idi. Lakin məlum oldu ki, ermənilər azərbaycanlıların genişmiqyaslı hücumuna əsla hazırlaşmayıblar. Onlar əvvəlki uğurların “xumarını” yaşayırdılar, güman edirdilər ki, düşmənin öhdəsindən asanlıqla gələcəklər. Azərbaycanda isə Qarabağa qayıtmaq məsələsi milli ideyaya çevrilmişdi. Mən Bakıda olarkən bunu şəxsən yəqin etdim. Azərbaycanlılar hələ uşaq yaşlarından yeni döyüşlər barədə düşünür və bu yolda qurbanlar verməyə mənəvi cəhətdən hazır idilər. Ermənilər illər boyu Azərbaycanın bahalı, müasir silahlar almasını müşahidə edir və inanırdılar ki, Azərbaycan erməniləri yalnız qorxutmaq istəyir. Ermənilər düşmən tərəfi alçaldır, onu lağa qoyub gülürdülər: “Onlar qorxaqdır, cəsarət etməzlər”.

Ötən il oktyabrın əvvəlində Qarabağ uğrunda könüllü döyüşmək üçün gəlmiş Levon Melkonyan xatırlayır ki, azərbaycanlılar müharibənin ilk günündən havada üstünlüyə malik idilər. Jurnalist yazır: “İrəvanın mərkəzində kafedə Levonla söhbət edirəm. O, ötən il oktyabrın əvvəlində Qarabağ uğrunda könüllü döyüşmək üçün gəlmişdi. Biz onunla ingilis və ərəb dillərində söhbət edirik. Levon rus dilini bilmir, çünki Livanda, Beyrutun ermənilər yaşayan məhəlləsində doğulub. O deyir: “Tanklar və zirehli maşınlar faydasız idi: Pilotsuz uçuş aparatları vasitəsilə onları yandırırdılar. Komandirlərin müşavirə keçirmək üçün toplaşdığı sığınacaqlar və binalar raketlərlə dağıdılırdı. Əlavə döyüş sursatı gətirmək mümkün deyildi: PUA-lar yük maşınlarını məhv edirdi. Mən bir ay sərhəddə toplanış məntəqəsində qaldım, bizi heç yerə göndərmirdilər, çünki hər bir maşın yolda havadan zərbə təhlükəsinə məruz qalırdı”.

“Mən özüm səhərdən yaxşıca içirdim”

Məqalə müəllifi yazır ki, İrəvanda hərbçilərin çoxu ilə söhbətdə bu fikri eşidirdi: “Ermənistan on minlərlə əsgər toplamışdı, amma sonra nə etmək lazım olduğunu bilmirdi, çünki qoşunları cəbhəyə çatdırmaq fürsəti əldən verilmişdi. Daha bir məqamı qeyd etməliyəm - döyüş əməliyyatları zonasında intizam məsələsi. Bu məqalənin lap əvvəlində söhbət etdiyim könüllü heç nəyi gizlətmir: o, ön xətdə postda əyləşib konyak içir. Aydındır ki, müharibə vaxtı bəzən elə vəziyyət yaranır ki, alkoqollu içkisiz ötüşmək olmur (mən özüm “cəbhə” ezamiyyətlərində onlarca dəfə olmuşam), Böyük Vətən müharibəsini və o dövr üçün məşhur “narkom 100 qramı” məsələsini yada salaq. Lakin “cəsarət” üçün içmək müntəzəm hal alanda sözdə cəsarət həddən artıq olsa da, ayıq başla mühakimə yürütmək və vəziyyətə çevik reaksiya vermək qabiliyyəti sıfra enir. Separatist dəstələrin əsgəri Araik Xaçikyan etiraf edir: “Bizim döyüş mövqelərində hətta zabitlər də artıqlaması ilə içirdilər. Axı qorxuludur. Mən özüm səhərdən yaxşıca içirdim, yoxsa pilotsuz uçuş aparatlarının partlayış səsini eşidəndə adamın əsəbləri tab gətirməz. Hətta belə şayiələr gəzirdi ki, bir nəfər yüksək vəzifəli erməni siyasətçi sərxoş vəziyyətdə generallara zəng vurur və onlardan dərhal bu və ya digər kəndə hücuma keçmələrini tələb edirmiş”. Xaçikyanın dediyinə görə, komandirlər çox vaxt rəhbərliyin sərəncamına əsla əhəmiyyət vermir və özləri bildikləri kimi hərəkət edirdilər. Bir sözlə, özbaşınalıq baş alıb gedirdi”.

“Hər gün dəfn mərasimləri olur”

Müharibədə həlak olanların dəfn mərasimləri hələ də davam edir. G.Zotov yazır: “Yerevanda hər tində gül satılır, amma bu, yenicə ötüb keçmiş 8 mart bayramı ilə bağlı deyil. Satıcı qadın Qayane sakit səslə deyir: “Qızılgüllər, qərənfillər yaman bahalaşıb. Əlbəttə, oktyabr-noyabr aylarında hər gün onlarca cavanı dəfn edirdik... Sonra anma mərasimləri keçirilir, bununla əlaqədar məzarların üstünə gül düzülməlidir... Hələ də cəsədlər tapılır, onları dəfn edirlər... Min beş yüz nəfər itkin düşüb... Mən bir şeyi başa düşmürəm, “İsgəndər” silahlarından nə üçün istifadə etməyiblər?”

Bu taktiki-raket kompleksləri Ermənistana çoxdan göndərilmişdi, lakin müharibə günlərində həmin silahları tətbiq etmədilər. Azərbaycanın Gəncə şəhərinə yalnız köhnə sovet raketləri atdılar. Ermənilər oradakı hərbi bazanı vurmağa çalışırdılar, lakin nəticədə yaşayış məhəllələri dağıdıldı, nəticədə ermənilər dinc sakinlərin qatilləri kimi tanındı”.

Müəllifin fikrincə, Qarabağ uğrunda müharibə Rusiyaya da yaxşı dərs olub. G.Zotov yazır: “Bəli, indi 90-cı illər deyil, Rusiya ordusunda intizam sarıdan hər şey qaydasındadır, əsgərlər də cəsurdurlar. Lakin təəssüf ki, yuxarıda dediyim kimi, müasir şəraitdə təkcə cəsurluq hesabına döyüşdə qalib gəlmək olmaz. Elektron üsullarla idarə edilən, Türkiyə istehsalı olan ən yeni pilotsuz uçuş aparatlarından uğurla istifadə edilməsi əyani şəkildə göstərdi ki, indiki dövrdə müharibə metodları çox sürətlə dəyişir. Ümidvaram ki, tezliklə Rusiyada Türkiyə istehsalı olan dronlardan keyfiyyətcə geri qalmayan PUA-lar istehsalı başlanacaq. Bizim heç də bütün qonşularla münasibətlərimiz yaxşı olmadığı üçün sürprizlərə hazır olmaq lazımdır. Lovğalıq isə heç lazım deyil. Bu, Ermənistana kömək etmədi”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin Azərbaycandakı səfiri: 2008-ci ildən etibarən Azərbaycandan 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO