ERMİTAJDA OĞURLUQ ƏMƏKDAŞLARIN İŞTİRAKI OLMADAN BAŞ VERƏ BİLMƏZDİ
Avqustun 2-də kütləvi kommunikasiyalar sahəsində və mədəni irsin mühafizəsində qanunçuluğa riayət edilməsinə nəzarət üzrə Rusiya Federal Xidmətinin (Rusmədənimühafizə) xüsusi komissiyası Ermitaj kolleksiyasının uçotunun və saxlanmasının vəziyyətini yoxlamağa başlamışdır.
Dünyanın ən böyük bədii və mədəni-tarixi muzeylərindən biri olan Ermitajda rus zərgərlik sənətinin 221 nümunəsinin oğurlanması faktı iyulun 24-də, saxlancda növbəti yoxlama zamanı müəyyən edilmişdir. Oğurluq haqqında üç gündən sonra akt tərtib edilmiş, lakin jurnalistlər bu hadisədən iyulun 31-də xəbər tutmuşlar.
Yoxa çıxmış eksponatların dəyəri təxminən 5 milyon dollardır. Bütün bu eksponatlar sığorta edilməmişdi.
Piotrovskinin sözlərinə görə, belə iri oğurluq muzey əməkdaşlarının iştirakı olmadan baş verə bilməzdi. Çünki eksponatların aparıldığı saxlanca muzeyin yalnız 3-4 əməkdaşı buraxılırdı.
Eksponatların axtarışında milislə yanaşı, Rusmədənimühafizə Xidmətinin ekspertləri, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları da iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]