ƏSAS PRİNSİPİMİZ AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜDÜR
“Mən Ermənistanda bildirdim ki, bizim əsas prinsipimiz Azərbaycanın ərazi bütövlüyüdür”.
AZƏRTAC xəbər verir ki, bu sözləri regiona səfəri çərçivəsində sentyabrın 17-də Bakıya gələn ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayzə Heydər Əliyev adına beynəlxalq hava limanında jurnalistlərə müsahibəsində bildirmişdir. O, Bakıya səfəri çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, ABŞ-ın vitse-prezidenti Dik Çeyninin Azərbaycana səfərinə və energetika sahəsində əməkdaşlığa dair fikir mübadiləsinin aparılacağını demişdir.
Cənubi Qafqazda baş verən son hadisələrdən sonra ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunan M.Brayzə vurğulamışdır ki, məlum münaqişənin həlli istiqamətində iş davam etdiriləcəkdir.
Son zamanlar Ermənistanın mövqeyində yumşalmanın olduğunu və ABŞ-ın Azərbaycanın ərazi bütövlüyü prinsipindən çıxış etdiyini söyləyən amerikalı həmsədr Yerevandakı danışıqlarına, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin vasitəçiliyinə də münasibət bildirmişdir. O demişdir ki, Türkiyənin regionda və Dağlıq Qarabağ probleminin həllində fəallığı hiss olunur. Ancaq əvvəlcədən digər mülahizə irəli sürmək çətindir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]