ƏSASLI KAPİTAL QOYULUŞU İSTEHSALIN ARTMASINA XİDMƏT EDİR
Bundan əlavə, “Günəşli” yatağında hasil olunan qazın yığım və nəql sisteminin yaxşılaşdırılması məqsədi ilə 8,4 kilometr uzunluğunda sualtı boru xəttinin çəkilişi üçün lazımi tədbirlər görülür. Xəttin qaynaq edilmiş 2 kilometrlik hissəsi bu yaxınlarda dənizə yola salınacaqdır. Qalan hissə “Süleyman Vəzirov” borudüzən gəmisinin köməyi ilə çəkiləcəkdir.
Əsaslı kapital qoyuluşu proqramında nəzərdə tutulan tədbirlərdən biri də sözügedən yataqdan hasil olunan aşağı təzyiqli qazın sahilə nəqli üçün 4 saylı dərin dəniz özülündən Neft daşlarınadək 20 kilometr uzunluğunda boru xəttinin çəkilişi ilə bağlıdır.
Yaxın vaxtlarda “Günəşli” yatağından çıxarılan aşağı təzyiqi qazın sıxılaraq Neft daşlarına nəqlini təmin etmək məqsədi ilə 4 nömrəli özüldə kompressor stansiyasının tikintisinə başlanacaqdır.