“ƏSKİ ÇAP KİTABLARI KATALOQU”NUN 1-Cİ CİLDİ NƏŞR EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu “Əski çap kitabları kataloqu”nun birinci cildini nəşr etdirmişdir.
“Nurlan” nəşriyyatında işıq üzü görən kataloqun bu cildinə müxtəlif şəhərlərdə - İstanbul, Təbriz, Bakı, Tehran, Tbilisi, Sankt-Peterburq, Daşkənd, Kazan və başqa şəhərlərdə çapdan çıxmış türtkdilli kitablar haqqında məlumatlar verilmişdir.
Həmin kitabların bir çoxu indi əlyazma kimi nadir nüsxələrdən hesab olunur.
Kitabdakı təsvirlər institutun mərhum əməkdaşı, filologiya elmləri doktoru Əzizağa Məmmədovundur.
Cildin redaktoru və tərtibçisi filologiya elmləri doktoru Məmməd Adilovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]