ESTONİYADA CİNAYƏTKARLARI TUTUB AZADLIĞA BURAXACAQLAR
“Elektron keşikçi” çəkisi 200 qramadək bilərzikdən ibarətdir. O, peyk sistemi ilə daim siqnal göndərir. Şərti azadlığa buraxılan şəxsin istənilən addımını həmin siqnalla izləmək mümkündür. Sənəddə deyilir ki, məhkəmə məhbusun icazəsi ilə həbsxana müddətinin bir hissəsini elektron nəzarətlə əvəzləmək haqqında qərar qəbul edə bilər. Elektron nəzarət sistemi bir aydan bir ilədək müəyyən edilir, özü də ancaq ağır cinayətlər törətməmiş adamlara şamil olunur.
Məqsəd həbsxanalardakı məhbusların sayını azaltmaqdır. Estoniya bu göstəriciyə görə Avropa İttifaqında birinci yerdədir. Hazırda ölkədə hər 100 min adama 333 məhbus düşür. Yeni qayda həbs müddətini də azaldacaqdır. Estoniya bu sahədə də Avropa ölkələri arasında liderdir. Əgər Litva və ABŞ-da orta həbs müddəti iki ildirsə, Estoniyada beş ildir.
Elektron bilərziklər praktikası Qərb ölkələrində tətbiq olunmuşdur. ABŞ-da 150 mindən çox məhbus özü üçün bu cəza növünü seçmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:56]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]