Estoniyada yaşayan həmvətənlərimiz bəyanat yayıb
Bakı, 4 oktyabr, AZƏRTAC
Estoniyada yaşayan azərbaycanlılar Azərbaycan evinə toplaşaraq ana vətənlərinə dəstək nümayiş etdiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüş Azərbaycanın dövlət himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb.
Daha sonra Estoniyada yaşayan azərbaycanlılar adından Estoniya Respublikasının Prezidentinə və digər rəsmi şəxslərə ünvanlanan bəyanat oxunub. Tədbir iştirakçıları, həmçinin eston cəmiyyətini və mediasını Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Azərbaycanın mülki əhalisinə atəş açılması barədə məlumatlandırıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]