Estoniyalı deputat: Müşahidələrimiz onu deməyə əsas verir ki, Azərbaycan seçkilərə çox yaxşı hazırlaşıb
Bakı, 11 aprel, AZƏRTAC
Artıq bir neçə seçki məntəqəsinə baş çəkmişik. Müşahidələrimiz onu deməyə əsas verir ki, Azərbaycan seçkilərə çox yaxşı hazırlaşıb. Seçkilər mütəşəkkil, demokratik və şəffaf şəraitdə keçirilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 12 saylı seçki məntəqəsində səsvermə prosesini izləyən Estoniya parlamentinin deputatı Yanus Marrandi deyib.
O qeyd edib ki, müşahidələr zamanı heç bir anlaşılmazlıq və ya pozuntu qeydə alınmayıb. Bir çox məntəqələrdə veb-kameraların quraşdırılması isə Azərbaycanda demokratik, azad seçkilərin beynəlxalq normalara uyğun olduğunu göstərir.
Y.Marrandi seçkilərin Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə inandığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]