“Ətraf mühit üzrə laboratoriya xidmətlərinin göstərilməsi” layihəsi uğurla icra edilir
Bakı, 4 yanvar, AZƏRTAC
“Ətraf mühit üzrə laboratoriya xidmətlərinin göstərilməsi” layihəsinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya idarəsi ilə bp şirkətinin qanunvericilik üzrə tələblərin yerinə yetirilməsi və ətraf mühit departamenti arasında mütəmadi olaraq görüşlər keçirilir, müvafiq müqavilənin inkişafı üzrə gələcək addımlar müzakirə olunur.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, artıq kompleks tədqiqatlar laboratoriyasına bp tərəfindən daxil olan nümunələrin analizi üçün hazırlıq işlərinə başlanılıb. Gələcəkdə nümunələr hissə-hissə kompleks tədqiqatlar laboratoriyasına göndəriləcək, aparılan analizlərin nəticələri barədə ekologiya idarəsi tərəfindən bp şirkətinə məlumatlar təqdim olunacaq.
Xatırladaq ki, ekologiya idarəsi bp şirkəti tərəfindən 2013-cü il mayın 30-da elan olunan “Ətraf mühit üzrə laboratoriya xidmətlərinin göstərilməsi” barədə tender sorğusu üzrə qalib seçilib və ötən il oktyabrın 2-də tərəflər arasında xidmətlərin göstərilməsinə dair Baş Saziş imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]