Ətraf mühitin mühafizəsi prosesində fəal iştirak edənlər mükafatlandırılmışlar
Bakı, 15 noyabr (AZƏRTAC). “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən İçərişəhər ərazisində həyata keçirilən “Tullantıların çeşidlənməsi” layihəsi çərçivəsində maarifləndirici tədbirlər davam edir.
“Təmiz Şəhər” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, layihə çərçivəsində tullantıların üzvi və qeyri-üzvi növləri üzrə çeşidlənməsi haqqında əhalini məlumatlandırmaq və bu prosesdə onların fəal iştirakını təmin etmək məqsədi ilə “Ən fəal” adlı müsabiqə keçirilmişdir. Tullantıları qida və qeyri-qida növləri üzrə çeşidləyərək xüsusi konteynerlərə düzgün atan sakinlər və qoruq ərazisində fəaliyyət göstərən təşkilatların nümayəndələri seçilmişlər.
Müsabiqənin sonunda 15 nəfər ətraf mühitin mühafizəsi prosesində fəal iştirakına görə qalib seçilmiş və müxtəlif hədiyyələrlə mükafatlandırılmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]