Ətraf mühitin tarazlığına xidmət edən aksiya
Salyan, 15 may (AZƏRTAC). Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) kampaniyası çərçivəsində mayın 15-də Salyanda aksiya keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Qlobal ətraf mühitin tarazlığını yaratmaq üçün gənclərin qüvvəsinin səfərbər edilməsi” devizi altında keçirilən tədbirdə Salyan şəhərinin 9 ümumtəhsil məktəbindən təxminən 100-dək məktəbli iştirak etmişdir. Aksiyaya qoşulan məktəblilər şəhərin park və xiyabanlarında ağac və bəzək kollarına, yaşıllıqlara qulluq göstərmişlər.
İctimaiyyətin diqqətini cəlb edən yaşıl geyimlilər şagirdləri ətraf mühit və ekoloji məsələlər barədə məlumatlandırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]