“Eurasianews”: Ermənistanda 635 minə yaxın insan ölkəni tərk edib
Berlin, 15 fevral, AZƏRTAC
“Eurasianews” saytı Ermənistanın ARKA informasiya agentliyinə istinadla xəbər verir ki, bu ölkəni müstəqillik qazandığı 1991-ci ildən bəri 635 minə yaxın insan tərk edib və əhalinin sayı tarixdə ən aşağı göstəriciyə - 3 milyondan da aşağı düşüb (bax:http://eurasianews.de/blog/brain-drain-armenien-verlor-seit-1991-fast-635-000-einwohner/). Məlumatda Ermənistanın Dağlıq Qarabağ münaqişəsinə görə həm iqtisadi, həm də siyasi baxımdan təcrid olunduğu və Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi bildirilir. Vurğulanır ki, ölkə Rusiyadan olan investisiyalar, eləcə də idxaldan asılıdır. Moskva Yerevana siyasi, iqtisadi, hərbi dəstək göstərməklə Cənubi Qafqazda əlavə geosiyasi təsir imkanları əldə etmiş olur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]