“ƏVƏSOR” FESTİVALA HAZIRLAŞIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, noyabr ayında Bakı şəhərində keçiriləcək “Milli azlıqların incəsənəti festivalı”nda Astara rayonunun Kakalos kənd mədəniyyət evində fəaliyyət göstərən “Əvəsor” (“Bahar”) talış xalq folkloru kollektivi də iştirak edəcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək festivalın əsas məqsədi ölkəmizdə yaşayan milli azlıqların və etnik qrupların mədəni irsini qoruyub saxlamaq və inkişaf etdirməkdir.
Festival çərçivəsində “Azərbaycan - doğma diyar” mövzusunda fotosərgi də təşkil olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:38]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [19:29]