“EYOF 2019”: 400 metr məsafəyə qaçış yarışında qızıl medalı isveçli Emil Yohansson qazanıb
Bakı, 25 iyul, AZƏRTAC
İyulun 25-də "EYOF 2019"un atletika yarışlarının dördüncü günündə oğlanlar arasında 400 metr məsafəyə qaçış və çəkicatma növündə qaliblərin adlarına aydınlıq gəlib.
AZƏRTAC xəbər verir ki, oğlanlar arasında 400 metr məsafəyə qaçış yarışında qızıl medalı isveçli Emil Yohansson qazanıb. Gümüş medala polşalı Patrik Qrzeqorzeviç, bürünc medala isə macarıstanlı Attila Molnar layiq görülüblər.
Atletika üzrə oğlanlar arasında çəkicatma yarışında bolqarıstanlı atlet Valentin Andreev 82,72 metr nəticə ilə qızıl medal qazanıb. Gümüş medala 81,06 metr nəticə ilə almaniyalı Merlin Hummel sahib olub. Bürünc medalın sahibi isə fransalı atlet Jan-Baptiste Brukselle (78,44 m) layiq görülüb.