“EYOF Bakı 2019”: 50 kiloqram çəki dərəcəsində qızıl medala Gürcüstan təmsilçisi sahib olub
Bakı, 24 iyul, AZƏRTAC
XV Avropa Gənclər Olimpiya Festivalında 50 kiloqram çəki dərəcəsində cüdoçuların yarışında Gürcüstan idmançısı çempion olub.
AZƏRTAC xəbər verir ki, gürcüstanlı Nika Baçiaşvili rumıniyalı Aleksandru Mateini məğlub edərək yarışın qalibi adını qazanıb.
Bürünc medalları italiyalı Tomas Skatolinonu məğlub edən ukraynalı Mikita Holoborodko və israilli Ariel Şulmana qalib gələn fransalı Valadye Pikard aktivlərinə yazdırıblar.