“EYOF Bakı 2019”: Qız tennisçilərin fərdi yarışında yarımfinalçılar məlum olub
Bakı, 25 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC
İyulun 25-də XV Avropa Gənclər Yay Olimpiya Festivalında qız tennisçilərin fərdi yarışında yarımfinalçılar məlum olub.
AZƏRTAC xəbər verir ki, Bakı Tennis Akademiyasının dörd kortunda keçirilən dörddəbir final görüşlərində britaniyalı Matilda Mutavdziç isveçrəli Çelsi Fonteneli 2:0 (6:3, 6:1) hesabı ilə məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Çexiyalı tennisçi Dominika Salkova Litva təmsilçisi Emiliya Tveriyonaiteni 2:0 (6:2, 6:2) hesabı ilə məğlub edərək adını yarımfinala yazdırmağı bacarıb. Rusiya tennisçisi Mariya Şoloxova yarımfinala vəsiqə uğrunda slovakiyalı Salma Druqdovanı 2:0 (6:2, 6:0), fransalı Ouşen Babel isə almaniyalı Yoelle Steuru 2:1 (2:6, 6:1, 10:5) hesabı ilə məğlub ediblər.