“EYOF Bakı 2019”: Tennis yarışlarında oğlanların fərdi mübarizəsində yarımfinalçılar məlum olub
Bakı, 25 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC
İyulun 25-də XV Avropa Gənclər Yay Olimpiya Festivalında oğlan tennisçilərin fərdi yarışında yarımfinalçılar məlum olub.
AZƏRTAC xəbər verir ki, Bakı Tennis Akademiyasının dörd kortunda keçirilən dörddəbir final görüşlərində italiyalı Nikkolo Çiavarella rumıniyalı Andrey Voykanı 2:0 (6:4,6:1), latviyalı Vilius Qaubas italiyalı Daniele Miniçinini 2:0 (7:5, 6:4) hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıblar.
Çexiyalı tennisçi Hinek Barton yarımfinala vəsiqə uğrunda belçikalı Noah Merreni 2:0 (6:2,6:4), ispaniyalı Daniel Merida isə Mattev Villiam Donaldı 2:1 (3:6, 6:4, 10:8) hesabı ilə məğlub ediblər.