Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əzimbala Əzimov: Təcrübəli pilot qərarı bir dəfə verir

Bakı, 9 yanvar, Ceyhun Rüstəmov AZƏRTAC

Hesabında 28 min 500 saat uçuş olan Əzimbala Əzimovun həyatının 50 ili təyyarəçiliklə bağlıdır. Adını çox eşitsəm də, özünü ilk dəfə “Azərbaycan Hava Yolları”nın 2014-cü il sentyabrın 24-də Nyu-Yorka birbaşa uçuşlara başladığı gün Heydər Əliyev Beynəlxalq Aeroportunda görmüşdüm. Aviareysin açılışı münasibətilə təşkil olunan tədbirdə jurnalist kimi iştirak edirdim. Əzimbala Əzimov da həmin təyyarənin sərnişinləri arasında idi. O vaxt qocaman pilotdan kiçik həcmdə də olsa, ilk müsahibəmi almışdım. Ancaq onunla yenidən görüşmək, rastlaşdığı maraqlı hadisələr barədə ətraflı yazmaq istəyirdim.

Nəhayət bu yaxınlarda Azərbaycan Mülki Aviasiyasının flaqmanlarından olan Əzimbala Əzimovla görüşüb-söhbət etmək imkanım oldu. Dediyinə görə, hələ uşaq ikən təyyarələrə böyük marağı olub. Bu maraq onu Sovet İttifaqı Qəhrəmanı Taran adına Sasovo Mülki Aviasiya uçuş məktəbinə aparıb. 1969-cu ildən Zabrat Birləşmiş Aviadəstəsində “An-2”, “İl-18”, “Tu-154” təyyarələrində pilot və komandir vəzifələrində işləyib.

1991-ci ildə isə Leninqrad Mülki Aviasiya Akademiyasını bitirərək mühəndis-təyyarəçi ixtisasına yiyələnən Əzimbala müəllim 1994-1998-ci illərdə “Boeing-707” təyyarəsinin kapitanı, 1998-ci ildən Yük Aviasiya Şirkətində aviaeskadrilyanın komandiri olub. Həyatının yarıdan çoxunu səmada keçirən təcrübəli pilot dünyanın bir çox ölkəsinə tikinti materialları, ərzaq, neft avadanlıqları, dava-dərman və başqa humanitar yüklər daşıyıb. Ötən illər ərzində səmada 28 min 500 saatdan çox uçuş həyata keçirən Əzimbala Əzimov MDB məkanında bu göstəriciyə nail olan ilk təyyarəçidir.

Heç bir pilot təhlükəli və ekstremal vəziyyətlərdən sığortalanmayıb. Əzimbala Əzimov da bu 50 ildə neçə-neçə bu cür çətin sınaqlardan çıxıb. Saçları ağarmış təcrübəli pilot sanki baxışımdan nə demək istədiyimi anlayır. “Yəqin ki, hər bir insan kimi səni də daha çox uçuşlar zamanı baş verən çətin anlar, hadisələr maraqlandırır” deyib, başına gələnlərdən danışır: “1986-cı ildə “İl-18” təyyarəsi ilə Moskvadan Bakıya uçmalı idik. Təyyarəni hərəkətə gətirdim və uçuş zolağında havaya qalxmaq üçün sürət yığarkən birdən mühərriklərdən birinin nasaz olduğu üzə çıxdı. Cəld sürəti aşağı saldım və çətinliklə də olsa təyyarəni zolağın qurtaracağında saxlaya bildim. Sən demə, mühərrikin texniki qüsuru var imiş. Əgər təyyarə alışsaydı, alovun qarşısını almaq mümkün olmayacaqdı. Çox şükür ki, heç bir qəza baş vermədi və 164 sərnişinin heç birinə xətər toxunmadı. O zaman Aviasiya Nazirliyi buna görə mənə pul mükafatı verdi. Mən də o pula “QAZ-24” avtomobili aldım. Buna bənzər hadisə İrkutskda baş vermişdi, amma ekipaj heç nə edə bilmədiyi üçün qəza olmuşdu”.

Əzimbala Əzimovun başına digər təhlükəli hadisə isə Əfqanıstanda gəlib: “Qızıl xaç” cəmiyyətinə məxsus 40 tona yaxın humanitar yük və tibbi ləvazimatla “İl-76” təyyarəsi ilə Belçikadan Əfqanıstana uçurdum. Kabil aeroportuna nəzərdə tutulan vaxtda çatmışdıq. Əvvəlcə atmosfer təzyiqini, meteoroloji vəziyyəti öyrənməli idim. Nə qədər “Kabil, Kabil!” çağırsam da aeroportun dispetçeri cavab vermirdi. Bildim ki, aeroportla rabitə əlaqəsi kəsilib. Ümidimi itirməyib Kabil üzərində dövrə vurarkən səmada bir təyyarə gördüm. Bu zaman qulaqcıqdan da səs gəldi. Bu, Kabil hava limanı və Əfqanıstan səması üzərində patrul xidməti çəkən ABŞ-a məxsus “Boeing-707” təyyarəsinin pilotunun səsi idi. O vaxtlar həmin təyyarəyə “uçan qərargah” da deyirdilər. Sevindim və bir neçə mühüm məlumat almaq istədim. Lakin “uçan qərargah” sorğuma cavab vermədi. Enmə zolağına istiqaməti də müəyyənləşdirmək çətin idi. Böyük risk olsa da, bir-iki dəfə fırlanıb enmə zolağına daxil ola bildim. Təyyarə yerə enəndə gördüm ki, aeroport dağılıb, dispetçer məntəqəsi yerlə-yeksan olub. Uçuş-enmə zolağında mərmilərin dağıtdığı yerləri daşla, torpaqla doldururlar. Təyyarənin yerə endiyini görən liman işçiləri çox heyrətlənmişdilər və mənə təəccüblə baxırdılar. Sən demə, liman bombardman ediləndən sonra bura ilk təyyarə endirən mən olmuşam...”

Başına gələn bir-birindən təhlükəli hadisələrdən danışan Əzimbala Əzimovu dinlədikcə onun ustalığı, şücaəti göz önündə canlanır. Təsəvvür edin, 1995-ci il noyabrın 30-da Bakıda ağır bir aviaqəza baş verir. Axşam saat 19.10 radələrində Çindən qayıdan “Boeing-717” yük təyyarəsi yerə enərkən sol təkər kilidlənmişdi. Üstəlik digər sistemlər də işləmirdi. Təyyarə Maştağa qəsəbəsinə, evlərin üstünə düşə bilərdi. Bunun hansı fəlakətlərə yol aça biləcəyi uçuş heyətini qorxuya salmışdı. Burada da Əzimbala Əzimovun ustalığı, cəsarəti yüzlərlə insanı ölümdən qurtarır. O, belə çətin anda düzgün qərar qəbul edərək təyyarəni qəsəbədən aralıdakı qamışlığa endirməyi bacarır. Hadisə nəticəsində uçuş heyətinin iki üzvü - texnik və mühəndis həlak olur, Əzimbala müəllimin isə qolu sınır. Aradan 20 il keçsə də, qocaman pilot bu hadisədən danışarkən indi də gözləri dolur, dost itkisinin acısını yaşayır. Amma yaşayış məntəqəsinin üzərindən uçan yük təyyarəsində belə bir hadisənin yaşanması, əslində daha ağır qəzalar və itkilərlə nəticələnir. Belə bir ağır faciənin qarşısını almaq isə fədakarlıq və təcrübə tələb edir. Məhz Əzimbala Əzimovun cəsarəti və peşəkarlığı yerli sakinləri ölümdən qurtarır. Sonralar “Boeing” şirkətinin nümayəndələri də təcrübəli pilotun məharəti qarşısında heyranlıqlarını gizlədə bilmirdilər. Çünki 1978-ci ildə Çikaqoda analoji aviaqəzada yüzlərlə insan həlak olmuşdu.

Əzimbala müəllim deyir ki, azərbaycanlı pilotlar hər zaman öz təcrübələri ilə seçiliblər: “Hətta 1992-ci ildə müvafiq səviyyəyə uyğun pilotları olmadığı üçün Türkmənistan tərəfi Türkmənbaşının təyyarəsini idarə etmək məqsədilə Azərbaycandan yardım istəmişdi və bu iş bizim heyətə tapşırılmışdı. Saparmurad Niyazov bizim idarə etdiyimiz təyyarə ilə Aşqabaddan Dehliyə, oradan isə Tehrana yola düşdü. Səfərin sonunda Türkmənbaşı mənə yaxınlaşaraq, bizə necə qulluq göstərilməsi ilə maraqlandı. Mən də hər şeyin qaydasında olduğunu bildirdim. Sonra S.Niyazov Prezident təyyarəsinin uçuş heyətinə təlim keçməyimizi istədi. Biz də öz köməyimizi əsirgəmədik”.

Təcrübəli pilot həmişə zəhmətinin bəhrəsini görüb. Mülki aviasiyada göstərdiyi xidmətlərə görə 1972-ci ildə “Şərəf nişanı” ordeni, 1981-ci ildə III dərəcəli “Əmək şöhrəti” ordeni, 1984-cü ildə “Əmək veteranı” medalı, 1986-cı ildə Qırmızı Əmək Bayrağı ordeni, “10000 saat qəzasız uçuşa görə”, “Sosialist yarışının qalibi” döş nişanları və fəxri fərmanlarla mükafatlandırılıb.

Müstəqillik illərində isə Əzimbala Əzimov Prezident İlham Əliyev tərəfindən 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif olunub. Bu mükafat Əzimbala müəllimin 50 illik səma ömrünə düşən şöhrət işığıdır. “Aldığım mükafatlar içərisində mənim üçün ən dəyərlisi müstəqil Azərbaycanın “Şöhrət” ordenidir”, - deyir Əzimbala müəllim. Mülki Aviasiya Muzeyində qocaman pilota verilən fəxri fərmanlar, qol saatı ən dəyərli eksponat kimi qorunub saxlanılır. Çünki o, canlı əfsanədir.

Əzimbala Əzimov deyir ki, təcrübəli pilot qərarı bir dəfə verir. İkinci qərar ola bilməz. Aviasiyanın sərt, səhvi bağışlamayan qanunları var. Əks halda, bu, ona baha başa gələ bilər. Bununla yanaşı, qocaman pilot bildirir ki, aviasiya əsl həyat məktəbidir. “Qatı buludlardan bir az yuxarı qalxanda, gözəl bir mənzərə yaranır. Səndən aşağıdakı buludların üfüqlə kəsişdiyi yerə qədər səmanın parlaq işartısından başqa heç nə görünmür. Mən gənc pilotlara deyirəm: Bu möcüzəni görmək üçün yaşamağa və uçmağa dəyər”.

O, hazırda “Silk Way Group”un yük aviaşirkətində uçuş meneceridir və “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasında Aviasiya personalının hazırlığı mərkəzində müəllim işləyir. Onun həyatı gənc pilotlar üçün nümunədir. Əzimbala Əzimov indiki gənclərin əziyyət çəkmədən pilot olmaq istəyini təbəssümlə qarşılayır: “Bu, qeyri-mümkündür. Çünki pilot olmaq bilik, bacarıq, yeri gəldikdə, ani qərarlar qəbul etmək, təhlükəli anlarda məsuliyyəti öz üzərinə götürmək qətiyyəti tələb edir. Təyyarəçi olmaq istəyən fiziki sağlamlığına fikir verməli, hər zaman formada olmalı, üstəlik xarici dil də bilməlidir. Bunların heç biri insana anadangəlmə verilmir”. Əzimbala müəllim deyir ki, ölkəmizin milli aviaşirkəti olan “Azərbaycan Hava Yolları” Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində təyyarə parkını müasir hava gəmiləri ilə zənginləşdirir. “Aerobus”, “Boeing”, “Embraer” kimi müasir hava gəmiləri buna misal ola bilər. Ötən ilin sonlarında isə “Arzular layneri” adlandırılan iki ədəd “Boeing-787” hava gəmisi alınıb. Milli aviaşirkətimizin təyyarələrini də məhz yüksəkixtisaslı, bilikli, bacarıqlı yerli aviatorlar idarə edirlər. Bu pilotlar Milli Aviasiya Akademiyasında hazırlanır. Onlar Azərbaycanın milli aviasiyasının bu günü və gələcəyinin qarantıdırlar. Biz də onların daha peşəkarcasına yetişməsində öz səyimizi əsirgəmirik”. Əzimbala müəllimin davamçıları arasında oğlu Şəhriyar da var. Şəhriyar “Boeing-747” yük təyyarəsini idarə edir və atasının uğurlarını təkrarlamağa çalışır.

Bu gün Əzimbala Əzimovun tələbələrinin uçuş coğrafiyası, demək olar ki, bütün Yer planetini əhatə edir. İnamla demək olar ki, Azərbaycanın böyük pilot məktəbi var. Bu məktəbdə onun kimi təcrübəli müəllimlər səmanın qanunlarını, pilot peşəsinin sirlərini gənclərə öyrətməklə məşğuldurlar. Əzimbala müəllim də öz peşəsinin sirlərini gənclərə sevə-sevə öyrədir və bundan zövq alır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib