FARİZ MƏMMƏDOV TƏBRİKLƏRİ QƏBUL EDİR
Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev mayın 17-də Fariz Məmmədov və onun məşqçisi ilə görüşmüşdür. Nazir idmançımızı parlaq qələbə münasibətilə təbrik edərək bildirmişdir ki, son illər Azərbaycan idmançıları dünya meydanlarında nəzərəçarpacaq nəticələr göstərmişlər. Dünya və Avropa çempionatlarında idmançılarımız ayrı-ayrı yarış növlərində qələbəyə əsas namizədlər olmuşlar. Fariz Məmmədovun Sankt-Peterburqdakı uğuru bunun bariz nümunəsidir.
Fariz Məmmədov xoş sözlərə görə Əbülfəz Qarayevə təşəkkürünü bildirərək demişdir ki, Azərbaycan idmanının inkişafı naminə bundan sonra da əlindən gələni əsirgəməyəcəkdir.
Sonra nazir dünya çempionuna və onun məşqçisinə qiymətli hədiyyələr bağışlamışdır.