Faunanın mühafizəsində biotexniki tədbirlər əhəmiyyətlidir
Naxçıvan, 29 yanvar (AZƏRTAC). Naxçıvan Muxtar Respublikasında (MR) ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması ilə bağlı məsələlər daim diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ekoloji problemlərin həllinə yönəlmiş tədbirlərin səmərəliliyini artırmaq, ekoloji problemlərin yaranmasının qarşısını almaq məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilir.
Naxçıvan MR-in Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, cari qış mövsümündə havaların şaxtalı keçməsi, ərazilərin qarla örtülməsi müxtəlif fauna növlərinin qidaya olan tələbatını daha da artırmışdır. Buna görə nazirlik tərəfindən əvvəlki illərdə olduğu kimi, cari qış mövsümündə də müxtəlif biotexniki tədbirlər həyata keçirilmişdir. Heyvanların kompleks məskunlaşdığı yerlərə, onların miqrasiya dəhlizlərinə, qoruq, milli park, yasaqlıqlarda təyin olunan yerlərə müxtəlif qida məhsulları yerləşdirilmişdir.
Cari mövsümdə qeyd olunan ərazilərə 6 ton daşduz, 13 ton qaba yem (ot məhsulları), 1000 kiloqram buğda, arpa və 14 ton meyvə-tərəvəz məhsulları paylanılmışdır.
Bu tədbirlər mövsüm ərzində heyvanların qidaya olan tələbatını ödəməklə yanaşı, bitki örtüyünə ziyan vurulmasının da qarşısını alır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]