“Fənərbağça” UEFA Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb
Bakı, 25 fevral, AZƏRTAC
UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində İstanbulun “Fənərbağça” komandası Moskvada “Lokomotiv”lə görüşüb.
AZƏRTAC xəbər verir ki, prinsipial keçən oyun 1:1 hesabı ilə başa çatıb.
Hesabı birinci hissənin 45-ci dəqiqəsində “Lokomotiv” komandası açıb. Oyunun 81-ci dəqiqəsində isə Türkiyə təmsilçisi hesabı bərabərləşdirib.
Beləliklə, “Fənərbağça” iki oyunun nəticəsinə görə (3:1) 1/8 final mərhələsinə yüksələn ilk komanda olub.
Xatırladaq ki, bir qədər sonra 1/16 final mərhələsinin digər 15 cavab qarşılaşması start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]