Fərəh Əliyeva: Düşünürük ki, növbəti illərdə “Yüksəliş” müsabiqəsində yenilik etmək lazımdır
Bakı, 26 iyul, AZƏRTAC
“Yüksəliş” müsabiqəsində ən çox qalib birinci müsabiqədə qeydə alınıb. Həmin il 27 nəfər müsabiqənin qalibi olub.
AZƏRTAC xəbər verir ki, bunu Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva üçüncü “Yüksəliş” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.
Fərəh Əliyeva bildirib ki, ikinci və üçüncü “Yüksəliş” müsabiqəsində 22 qalib qeydə alınaraq ümumi qaliblərin sayı 71-ə çatıb.
“Üçüncü “Yüksəliş” müsabiqəsinin 12 qalibi öncəki müsabiqələrin müxtəlif mərhələlərində iştirak edib. İlk “Yüksəliş” müsabiqəsindən sonra təşkilatçılar sırasına biz də qoşulduq. “İkinci” Yüksəliş müsabiqəsindən sonra gördük ki, cəmiyyətdə belə insanlara ehtiyac var. “Üçüncü” Yüksəliş müsabiqəsindən sonra düşünürük ki, növbəti illərdə müsabiqədə yenilik etmək lazımdır. Buna görə də müsabiqə iştirakçılarından təkliflərini “Yüksəliş” müsabiqəsinin heyətinə bildirmələrini xahiş edirəm”, - deyə Fərəh Əliyeva qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]
Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub
- 11.06.2026 [16:30]
Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb
- 11.06.2026 [16:23]
Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları
- 11.06.2026 [15:51]