Fergus Ould: Böyük Britaniya-Azərbaycan əməkdaşlığı hər il genişlənir
Bakı, 18 oktyabr, AZƏRTAC
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Ould müstəqilliyin bərpasının 31-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib.
AZƏRTAC xəbər verir ki, britaniyalı diplomat bununla bağlı özünün tviter səhifəsində paylaşım edib.
Paylaşımda deyilir: “Bu gün Azərbaycanın tarixində həqiqətən əlamətdar gündür. 31 il əvvəl bu gün Azərbaycan müstəqilliyini bərpa edib. Bu gözəl ölkə 70 il SSRİ hakimiyyəti altında yaşayıb, amma buna baxmayaraq, öz mədəniyyətini və dəyərlərini qoruyub saxlayıb. Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən bəri Britaniya Azərbaycanın yanındadır. Son 30 ildə biz mədəniyyət, iqtisadiyyat, ətraf mühit, təhsil, enerji və bir çox digər sahələrdə əməkdaşlıq edirik. Bizim bu əməkdaşlığımız hər il genişlənir, ölkələrimiz və xalqlarımız arasında dostluq daha da güclənir. Bütün Azərbaycan xalqını müstəqilliyin bərpası günü münasibətilə təbrik edirəm!”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub
- 27.09.2026 [14:34]