Fərhad Əliyev: Füzuli və Qubadlıda avarçəkmə yarışlarının keçirilməsi planlaşdırılır
Suqovuşan, 21 oktyabr, Səxavət Quliyev, AZƏRTAC
Artıq ikinci dəfədir Suqovuşanda avarçəkmə yarışı təşkil olunur. Birinci yarışda 5, hazırda isə 13 ölkədən idmançılar medallar uğrunda mübarizə aparırlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Suqovuşanda avarçəkmə üzrə “Mingəçevir reqatası-2022”nin açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev deyib.
Baş katib bildirib ki, “Mingəçevir reqatası” Avropa Kanoe Federasiyasının təqvimində yer alıb. Bu yarış 50 ildən çoxdur təşkil olunur. Reqatanın bundan sonra da təşkilini nəzərdə tuturuq. Gələcəkdə Suqovuşanla yanaşı, Füzuli, Qubadlı və digər işğaldan azad olunmuş ərazilərdə yarışların keçirilməsi planlaşdırılır. Bununla bağlı hazırda baxış keçirilir. Gələn ay həmin ərazilərdə yoxlanışa start verəcəyik. Beynəlxalq turnirlərin təşkilini nəzərdə tuturuqsa, əcnəbi mütəxəssislərin dəvət olunması vacibdir. Bu proseslər başa çatdıqdan sonra yekun məlumat ictimaiyyətə açıqlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [11:32]
Bölgə klubu bütün legionerlərlə vidalaşır, yerlilərlə danışıqlar olacaq
- 05.06.2026 [10:55]
Azərbaycan klubu daha bir futbolçu ilə vidalaşıb
- 05.06.2026 [10:27]
Azərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə Bakıda start verir
- 05.06.2026 [10:03]
Futbol üzrə Azərbaycan millisi bu gün Malta ilə qarşılaşacaq
Bu saata olan əsas xəbərlər
- [12:00]
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]