Fərid Şəfiyev: İslamofobiya ilə mübarizədə yeni mexanizmlər müəyyən olunmalı və fəaliyyətə başlamalıdır
Bakı, 27 may, AZƏRTAC
“İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfransın nəticəsi göstərir ki, artıq bu konfrans daimi platformaya çevrilib.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfransın yekununa həsr olunan mətbuat konfransında deyib.
O qeyd edib ki, yaxın illərdə bu istiqamətdə yeni qurumların formalaşması gözlənilir. İslamofobiya ilə mübarizədə yeni mexanizmlər müəyyən olunmalı və fəaliyyətə başlamalıdır.
“Biz artıq nəzəri müzakirələrdən praktik addımlara keçmişik. Bu, tədqiqat layihələri, konfranslar və digər tədbirlərlə müşayiət olunur. Bəzi təhsil və hüquq sahələrində islamofobiya ilə bağlı məsələlər gündəmə gətirilir. Nəticə etibarilə, artıq biz konkret nəticələr əldə etmişik”, - deyə F.Şəfiyev əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]