Festivalda 1500 metr qaçış yarışında qaliblər müəyyənləşib
Bakı, 24 iyul, AZƏRTAC
XV Avropa Gənclər Olimpiya Festivalında oğlanlar arasında 1500 metr məsafəyə qaçış üzrə final yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda qızıl medalı polşalı Yedrzey Pojvardovski qazanıb. Gümüş medala fransalı Adil Espasa, bürünc medala isə ispaniyalı Fikadu Qonzales layiq görülüblər.