İDMAN
Festivalda oğlan və qız tennisçilərin fərdi yarışlarında dörddəbir final oyunları keçirilir
Bakı, 25 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC
İyulun 25-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının beşinci günündə oğlanların və qızların fərdi mübarizəsində dörddəbir, cütlüklərin yarışında isə yarımfinal qarşılaşmaları keçirilir.
AZƏRTAC xəbər verir ki, Bakı Tennis Akademiyasında keçirilən yarışlarda qızların fərdi mübarizəsində dörddəbir finalda isveçrəli Çelsi Fontenel britaniyalı Matilda Mutavdziç, Litva təmsilçisi Emiliya Tveriyonaite çexiyalı tennisçi Dominika Salkova, slovakiyalı Salma Druqdova Rusiya tennisçisi Mariya Şoloxova, almaniyalı Yoelle Steur isə fransalı Ouşen Babel ilə qarşılaşırlar.
Oğlanların fərdi yarışında dörddəbir final görüşlərində italiyalı Nikkolo Çiavarella rumıniyalı Andrey Voykan, italiyalı Daniele Miniçini latviyalı Vilius Qaubas, çexiyalı tennisçilər Hinek Barton belçikalı Noah Merre, Mattev Villiam Donald isə ispaniyalı Daniel Merida ilə üz-üzə gəliblər.