İDMAN
Festivalda qız tennisçilərin fərdi yarışlarında dörddəbir finalın iştirakçıları müəyyənləşib
![](/files/galleryphoto/2019/2/1200x630/w_1615639796896354031971_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/w_1615639796892097364211_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/w_1615639796891720828143_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/w_1615639796891253714887_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/w_1615639796891638617286_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/w_1615639796891287555648_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/w_1615639796891847057000_1200x630.jpg)
Bakı, 24 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının dördüncü günündə - iyulun 24-də qızlar arasında səkkizdəbir final mərhələsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Bakı Tennis Akademiyasında keçirilən yarışlarda britaniyalı Matilda Mutavdziç portuqaliyalı Matilde Moraisi 2:0 (6:3,6:0), isveçrəli Çelsi Fontenel rusiyalı Yekaterina Maklakovanı 2:1 (6:1, 5:7 (10:2) hesabı ilə məğlub edib. Bundan başqa, Litva təmsilçisi Emiliya Tveriyonaite rumıniyalı Aleksandra-Maria Petriçidən 2:0 (6:3, 6:1), almaniyalı Yoelle Steur çexiyalı tennisçi Linda Klimovitsovadan 2:0 (6:3, 6:3) hesabı ilə üstün olublar. Çexiyalı digər tennisçi Dominika Salkova polşalı Rozaliya Qruşinskanı 2:0 (6:2, 6:1), Fransalı Ouşen Babel belaruslu Evialina Laskeviçi 2:1 (6:3, 4:6 (10:8) hesabı ilə məğlubiyyətə uğradıb. Səkkizdəbir finalın sonuncu iki görüşündə isə Rusiya tennisçisi Mariya Şoloxova fransalı Maelle Lekleri 2:0 (6:4, 7:5), slovakiyalı Salma Druqdova ispaniyalı Rakel Qonzalesi 2:0 (7:6, 6:4) hesabı ilə məğlub edərək dörddəbir finala vəsiqəni təmin ediblər.