Festivalda tennis üzrə qız cütlüklərin yarışında Rusiya və Belarus tennisçiləri finala vəsiqə qazanıblar
Bakı, 25 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC
XV Avropa Gənclər Yay Olimpiya Festivalında tennis üzrə qız cütlüklərin yarışında finalçılar məlum olub.
AZƏRTAC xəbər verir ki, yarışın finalında Rusiya və Belarus tennisçiləri qızıl medal uğrunda mübarizə aparacaqlar.
Bakı Tennis Akademiyasında keçirilən yarımfinal qarşılaşmasında rusiyalı Mariya Şoloxova/Yekaterina Maklakov dueti belçikalı Hanne Vandevinkel/Juliet Bovi cütlüyünə 2:0 (6:4,6:2) hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
Digər görüşdə isə Belarus təmsilçisi Evialina Laskeviç/Mariya Stsetseviç cütlüyü Çexiya təmsilçisi Dominika Salkova/Linda Klimoviçova üzərində qələbə qazanıb - 2:0 (6:2, 6:0).