Fəvvarələr meydanında ictimai-iaşə obyektinin tikintisi dayandırılıb
Bakı, 22 avqust, AZƏRTAC
Fəvvarələr meydanında ictimai-iaşə obyektinin tikintisi dayandırılıb.
Bu barədə AZƏRTAC-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, səhər saatlarında sosial şəbəkədə paytaxtın Səbail rayonunun Fəvvarələr meydanında ictimai-iaşə obyektinin inşası ilə bağlı məlumat yayıldıqdan dərhal sonra həmin tikinti BŞİH tərəfindən dayandırılıb, ərazi nəzarətə götürülüb və hazırda onun söküntüsü aparılır.