Fəzail İbrahimli: Pakistan Türkiyədən sonra Azərbaycanla ən yaxın olan dövlətdir
Bakı, 19 sentyabr, AZƏRTAC
Pakistan Türkiyədən sonra Azərbaycanla ən yaxın dövlətdir, hətta Ermənistanı rəsmi olaraq dövlət kimi tanımır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli komitənin bu gün keçirilən iclasında söyləyib.
Keçirilən iclasa 3 məsələnin daxil olunduğunu bildirən komitə sədri deyib ki, bunlar 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlarla komitəsində görülən işlər barədə hesabat, komitənin 2022-ci il payız sessiyası üçün iş planı layihəsi və “Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir (birinci oxunuş).
Bir neçə gün əvvəl Ermənistanla sərhəddə baş verən təxribatla toxunan komitə sədri döyüşlərdə şəhid olan hərbçilərimizə Allahdan rəhmət diləyib, onların qanlarının yerdə qalmadığını bildirib.
F.İbrahimli, həmçinin ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri xanım Nensi Pelosinin Ermənistana səfərini və səfər zamanı Azərbaycan haqqında qərəzli fikirlərini pisləyib.